İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
Bakı, 18 may, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanması işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur işləri ilə bağlı qiymətləndirmələr aparılır. İlkin işlərdən sonra Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qiymətləndirməni təqdim edəcək.