İslamiada: Türkmənistan voleybolçuları Fələstin millisini asanlıqla məğlub ediblər
Bakı, 15 may, G.Mahmudlu, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC
Mayın 15-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçular arasında “A” qrupunun sonuncu matçı Türkmənistan və Fələstin komandaları arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Türkmənistan kollektivinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkmənistan voleybolçuları hər üç setdə rəqibini asanlıqla məğlub ediblər- 25:15, 25:12, 25:13.