İslamiada: Uşu yarışında idmançılarımızın uğurlu çıxışları davam edir
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışının birinci günündə idmançılarımızdan daha ikisi yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Ruslan Pirəliyev (60 kq) dörddəbir finalda pakistanlı Abdullah Abdullahı 2:1 hesabı ilə məğlub edib.
Altmış beş kiloqram çəki dərəcəsində yarışan Bayram Şəmmədov isə iordaniyalı Yazid Hasanaini sınağa çəkib. Bu görüşdən 2:0 hesabı ilə qalib ayrılan döyüşçümüz medallar uğrunda mübarizəsini davam etdirir.