İslamiadada Azərbaycanı 15 qılıncoynadan təmsil edəcək
Bakı, 5 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları müəyyənləşib.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında ölkəmizi 15 idmançı təmsil edəcək. Sablya növündə qadınların şəxsi yarışlarında Palina Kaspiaroviç və Səbinə Kərimova, komanda yarışlarında isə P. Kaspiaroviç, S. Kərimova və Zərifə Hüseynova bacarıqlarını göstərəcəklər.
Kişilərin şəxsi mübarizəsində Maqsud Hüseynli və Saleh Məmmədov, komandada isə M. Hüseynli, S. Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.
Şpaqa növündə qadınlarda Aynur Quliyeva və Nəzrin Mehdiyeva fərdi şəkildə çıxış edəcək. Komanda yarışlarında A. Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimova ölkəmizi təmsil edəcəklər.
Kişilərin fərdi mübarizəsində Ruslan Həsənov və Vahab Fətullayev, komanda yarışlarında isə R. Həsənov, Emin Səfərbəyov və Mirxətai Məmmədov güclərini yoxlayacaqlar.
Qeyd edək ki, qılıncoynatma yarışları 17-20 noyabrda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]