İSMAYILLIDA KARTOF ƏKİNİ 800 HEKTARA ÇATDIRILACAQ
Ötən il 760 hektar sahədən 6148 ton kartof istehsal edən İsmayıllı rayonunun torpaq mülkiyyətçiləri bu il əkin sahələrini daha da genişləndirmək niyyətindədirlər.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son illər bölgədə kənd təsərrüfatının digər sahələri kimi kartofçuluq da sürətlə inkişaf etdirilir. Mütəxəssislər bu il 800 hektaradək sahədə kartof əkiləcəyini bildirirlər. Bu məqsədlə kifayət qədər şum çıxarılmış, 200 ton toxum tədarük edilmişdir.
Rayonun dağətəyi ərazilərində, o cümlədən Soltankənd, Qələyə, Ruşan kəndlərində artıq əkinə başlanmışdır. Əhən, Burovdal, Sulut, Zərnava və digər ərazilərdə isə kütləvi əkin kampaniyası martın ikinci yarısında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]