REGİONLAR
İsmayıllıda qol güləşi üzrə rayon birinciliyi keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16565955073048763973_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16565955073806660694_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1656595507464965189_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1656595507849164311_1200x630.jpg)
İsmayıllı, 30 iyun, AZƏRTAC
İsmayıllıda Gənclər və İdman İdarəsinin və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə iyunun 30-da Heydər Əliyev adına parkda "Narkomaniyaya yox deyək!" devizi altında qol güləşi idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qol güləşi üzrə perspektivli idmançıları aşkarlamaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərə sağlam həyat tərzi aşılamaq məqsədilə keçirilən yarışda 50-yə yaxın idmançı iştirak edib. 12 çəki dərəcəsində yarışan idmançıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ayrı-ayrı çəki dərəcələrində I-III yerləri tutan idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.