İspaniya Kral Kuboku: “Barselona” “Real Madrid”i mübarizədən kənarlaşdırıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 27-də İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gətirilib.
AZƏRTAC xəbər verir ki, “Barselona” klubu “El Klassiko”da əzəli rəqibi “Real Madrid”i səfərdə böyük hesabla (3:0) məğlubiyyətə uğradaraq İspaniya Kubokunun finalına yüksəlib. Kataloniya təmsilçisinin heyətində Luiz Suares dubl edib, digər qolu isə Rafael Varan öz qapısına vurub.
Kataloniyada keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşdığından, “Barselona” finala vəsiqə qazanan tərəf olub.
Digər finalçının adına isə bu gün “Valensiya”-“Betis” matçından sonra aydınlıq gələcək. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycandailk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]