İDMAN
İspaniya La Liqası: "Barselona" son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
![](/files/galleryphoto/2022/1/1200x630/16496355551824014854_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1649635555434617996_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164963555573183305_1200x630.jpg)
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 10-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci pillədə qərarlaşan "Barselona" səfərdə autsayder "Levante" komandasının qonağı olub.
Görüş qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniya təmsilçisinin heyətində Pyer Emerik Obemeyanq (59), Pedri (63), Lyuk de Yonq (90+2), meydan sahiblərinin heyətində isə Jose Luis Morales (52) və Qonzalo Melero (83) fərqləniblər.
Qeyd edək ki, "Levante" 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu qələbədən sonra xallarını 60-a çatdıran "Barselona" 2-ci pilləyə yüksəlib. "Levante" isə 22 xalla La Liqada qalmaq (19-cu yer) uğrunda mübarizə aparır.