İspaniyaya uduzan Ukrayna yığması Avro-2016-nın play-off mərhələsində oynayacaq
Kiyev, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Ukrayna yığması “Olimpiyski” Milli İdman Kompleksinin meydanında Avro-2016 seçim mərhələsinin qrup turnirinin sonuncu matçında ispanların ehtiyat heyətinə qarşı oynayıb və minimal hesabla uduzub.
Oyunda yeganə qol İspaniya yığmasının debütantı, “Vilyareal”ın müdafiəçisi Mario Qasparın hesabındadır. Qeyd edək ki, Sesk Fabreqas ukraynalıların qapısına penaltini vura bilməyib.
Beləliklə, öz qrupunda üçüncü yeri tutan Mixail Fomenkonun komandası Avropa çempionatına vəsiqə uğrunda play-off raundunda mübarizə aparacaq.
Püşkatma oktyabrın 18-də baş tutacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev