Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Israel HaYom” qəzetində İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq barədə məqalə dərc edilib

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycanla münasibətlər İsrail üçün ən unikal və çox vacib məsələlərdən biridir. Əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi Azərbaycan dövləti İsraili özünə ən yaxın ölkələrdən biri və şübhəsiz, regionda strateji baxımdan ən əhəmiyyətli dövlətlərdən biri hesab edir.

AZƏRTAC xəbər verir ki, israilli məşhur jurnalist Din Şmuel Elmasın İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş məqaləsi bu barədədir.

Məqalədə qeyd olunur ki, İkinci Qarabağ müharibəsi zamanı bütün dünya bu iki ölkə arasında strateji tərəfdaşlığın effektiv olmasını gördü. Azərbaycanın bu müharibədə qazandığı parlaq Qələbədə İsrail silahlarının, o cümlədən “Lora” ballistik raketinin və “Harop” zərbə pilotsuz uçuş aparatlarının köməyi az olmayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsində İsrail dövləti ilə Azərbaycan Respublikası arasında yaranmış xüsusi münasibətlər barədə söhbət açıb, bu müharibə zamanı və ondan sonrakı dövrdə Azərbaycana göstərilmiş real köməyə görə rəsmi Təl-Əvivə təşəkkürünü, Baş nazir Benyamin Netanyahuya minnətdarlığını bildirib, vurğulayıb ki, Bakı Təl-Əviv ilə Tehran arasında vasitəçi rolu oynaya bilər.

Azərbaycan XİN başçısı deyib: “Azərbaycan ilə İsrail arasında etimada əsaslanan möhkəm, sabit dostluq münasibətləri var. 30 il bundan əvvəl Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri İsrail olub və biz bu faktı çox yüksək qiymətləndiririk. Ölkələrimiz arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq hər iki tərəf üçün faydalıdır”.

-Siz İsraili Azərbaycanın strateji tərəfdaşı hesab edirsinizmi?

-Azərbaycan ilə İsrail arasında möhkəm, geniş əhatəli və çoxşaxəli tərəfdaşlıq münasibətləri var. Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi bizi qane edir. Biz əməkdaşlığı inkişaf etdirmək məqsədilə 10-dan çox sənəd imzalamışıq, daha 20 sənəd müzakirə mərhələsindədir. Bu sənədlər münasibətlərimizin dinamikası və inkişafı üçün yaxşı zəmin yaradır.

-İsrail-Azərbaycan münasibətlərinin möhkəmlənməsində Baş nazir Benyamin Netanyahunun rolu barədə nə düşünürsünüz?

-Baş nazir Benyamin Netanyahu ilə Prezident İlham Əliyev arasında şəxsi münasibətlər iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır.

2016-cı ildə Netanyahunun Azərbaycana səfəri çox faydalı və səmərəli olub, səfər müddətində çox mühüm sazişlər, o cümlədən dövlətlərarası birgə iqtisadi komissiya yaradılması barədə sənəd imzalanıb.

-Sizin fikrinizcə, İkinci Qarabağ müharibəsinin uğurları Azərbaycan ilə İsrail arasında əlaqələri nə dərəcədə möhkəmlədib?

-Bu müharibə dövründə Azərbaycan İsrail cəmiyyətindən real dəstək alıb. Biz Ermənistan tərəfindən Gəncə şəhərinə vəhşicəsinə hücumdan, 33 nəfər dinc sakinin ölümü ilə nəticələnmiş raket zərbəsindən zərər çəkənlərə İsrailin humanitar yardımını yüksək qiymətləndiririk.

Ceyhun Bayramov daha sonra qeyd edib ki, əslən Azərbaycandan olan israillilər erməni təcavüzünə qarşı qəti etirazını və Azərbaycan ilə həmrəyliyini bildirmək üçün mitinqlər və nümayişlər təşkil ediblər.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnologiyalardan və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsraildə istehsal edilmiş pilotsuz uçuş aparatlarından istifadə edilməsi döyüş meydanında hərbi qələbəyə nail olmaqda mühüm rol oynayıb.

Azərbaycan XİN başçısı deyib: “Əminəm ki, Vətən müharibəsindən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcək və dərinləşəcəkdir”.

-İsrail Dağlıq Qarabağda aparılan bərpa işlərində iştirak edəcəkmi?

-Biz ərazi bütövlüyünü bərpa edəndən sonra yeni dövrə qədəm qoymuşuq. Hazırda əsas diqqəti işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına, habelə köçkünlərin öz vətəninə qayıtmasına yönəldirik.

Bərpa prosesində bizə dost ölkələrin və tərəfdaşlarımızın köməyini alqışlayırıq. Təbii ki, bu prosesə qoşula biləcək İsrail şirkətlərini də alqışlayırıq. Orada görüləsi iş çoxdur. Proses təkcə ərazilərin minalardan təmizlənməsi, infrastruktur obyektlərinin tikintisi, “ağıllı” şəhərlər və kəndlər yaradılması ilə məhdudlaşmır.

Azərbaycan XİN başçısı erməni işğalından azad edilmiş Dağlıq Qarabağda infrastrukturla bağlı sualın cavabında ürəkağrısı ilə deyib: “Azərbaycanın işğaldan azad edilmiş yüzlərlə şəhər və kəndinin məruz qaldığı dağıntıların dərəcəsini təsvir etmək çətindir”.

Demək olar ki, bütün mədəniyyət abidələri və dini obyektlər, xəstəxanalar, məktəblər və yaşayış evləri qarət olunub, sonra isə yerlə-yeksan edilib. On minlərlə azərbaycanlı əhalinin yaşadığı yerlər kabus şəhərlərə çevrilib. Ermənilər bu ərazidə daşı daş üstə qoymayıblar. Bizim bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapılmırdı. İşğaldan azad edilmiş bütün rayonlar saysız-hesabsız minalar və partlamamış döyüş sursatları ilə doludur. Bu minalar daim partlayır.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov qeyd edib ki, Dağlıq Qarabağda törədilmiş dağıntılar təkcə yaşayış məntəqələrinə yox, ətraf mühitə də ciddi ziyan vurub. Ermənilər buradakı bütün meşələrin təqribən 20 faizini qəsdən qırıblar. Ermənistan onilliklər boyu davam etmiş işğal dövründə yüz minlərlə azərbaycanlı köçkünün doğma evlərinə qayıtmaması üçün əlindən gələni edib, bu ərazidə daşı daş üstə qoymayıb. Lakin biz azad edilmiş rayonları bərpa etmək əzmindəyik. Bu ərazilərdə dinc həyat hökmən bərpa ediləcək.

-Ermənistan iddia edir ki, müharibə dövründə Azərbaycan guya heç bir təqsiri olmayan insanlara ziyan vurub. Sizin bu ittihamlara münasibətiniz necədir?

-Azərbaycan həmişə - müharibə dövründə də, ondan sonra da beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının norma və prinsiplərinə riayət etməyə çalışıb. Azərbaycanın hərbi komandanlığı sentyabrın 27-də, yəni müharibə başlayan gün, döyüş əməliyyatlarının ilk günündə Cenevrə konvensiyalarına riayət etməyin zəruri olması barədə Azərbaycan Ordusunun əsgər və zabitləri üçün xüsusi təlimatlar dərc edib.

Ordumuz dinc sakinləri heç vaxt bilərəkdən hədəfə almayıb. Biz onları öz vətəndaşlarımız hesab edirik. Bizim ordumuz yüksək dəqiqlikli, o cümlədən İsraildə istehsal edilmiş silahlarla təchiz olunub. Bu, belə adlandırılan “yanaşı zərər” hallarını xeyli azaltmağa imkan verir.

Rəsmi Bakı Yerevanın ünvanına ciddi ittihamlar irəli sürür. Ceyhun Bayramov deyir: “Ermənilər yaşayış məntəqələrində ağır artilleriya batareyaları və raket sistemləri yerləşdiriblər. Erməni silahlı qüvvələri Azərbaycanın əhalisi sıx olan rayonlarını atəşə tutmaq üçün bu silahlardan fəal istifadə edirdilər.

Gəncə və daha bir Azərbaycan şəhəri - xarici jurnalistlərin “Stalinqrad” adlandırdıqları, çox böyük dağıntılara məruz qalmış Tərtər şəhəri xüsusilə çox ziyan çəkib. Müharibənin gedişində ermənilər tərəfindən artilleriya atəşləri və raket zərbələri nəticəsində 101 nəfər dinc Azərbaycan sakini həlak olub, 500-dən çox adam yaralanıb.

Yaşayış məntəqələrindən hərbi məqsədlər üçün istifadə edilməsi konsepsiyası israillilərə çoxdan tanışdır. HƏMAS təşkilatının Qəzzə bölgəsində törətdiyi terror fəaliyyətində bu konsepsiyadan istifadə olunub. Azərbaycan xarici işlər naziri bununla əlaqədar qeyd edib ki, erməni zabitlər hərbi qərargahlar kimi çox vaxt məktəblərin və uşaq bağçalarının binalarından istifadə ediblər. Ermənistan tərəfindən reportajlar hazırlayan xarici jurnalistlər bütün bu faktları qeyd ediblər.

Ceyhun Bayramov bununla əlaqədar deyib: “Əlbəttə, hər bir insanın - istər azərbaycanlı olsun, istər erməni - həyatının itirilməsi bizi kədərləndirir, lakin bir məqamı vurğulamalıyıq ki, hətta Yerevanın rəsmi məlumatına görə bu müharibədə həlak olmuş dinc Ermənistan sakinlərinin sayı həlak olmuş dinc Azərbaycan vətəndaşlarının sayından iki dəfə az olub.

Digər tərəfdən, Azərbaycan xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl bu ölkədəki yəhudi icması həmişə Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olub.

-Azərbaycanlılarla yəhudilər arasında tarixən möhkəm əlaqənin əsas səbəbi nədir?

-Bu gün Azərbaycan beynəlxalq multikulturalizm mərkəzlərindən biri kimi tanınıb. Yəhudilər və azərbaycanlılar bu ölkədə əsrlərboyu sülh, dostluq və harmoniya şəraitində yaşayıblar. Biz fəxr edirik ki, bu ənənəni qoruyub saxlamışıq və bu gün də davam etdiririk. Yəhudi icması bizim cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edir. Azərbaycanda yeddi sinaqoq fəaliyyət göstərir. Onlardan beşi Bakıdadır. Bizdə yəhudi məktəbləri və yəhudi mədəniyyət mərkəzləri var.

Azərbaycan XİN rəhbəri İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsinin sonunda deyib: “Xalqlarımız arasında sıx münasibətlər və fəal əlaqələr bizim ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Azərbaycandakı yəhudi icması və İsraildəki Azərbaycan diasporu bu münasibətlərin inkişafında və möhkəmləndirilməsində çox fəal rol oynayır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib