İsrail Dohada HƏMAS rəhbərliyinin beş üzvünün olduğu binaya zərbə endirib
Bakı, 9 sentyabr, AZƏRTAC
İsrail Qətərin paytaxtı Dohada yerləşən və HƏMAS hərəkatının azı beş yüksəkvəzifəli nümayəndəsinin olduğu binaya zərbə endirib.
AZƏRTAC xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, zərbə zamanı HƏMAS hərəkatının Qəzza sektorundakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Heyya, hərəkatın xarici ofisinin rəhbəri Xalid Məşəl, siyasi bürosunun üzvü Nizar Abdullah və İordan çayının qərb sahilində radikal qrupun komandiri Zaher Cəbarin həlak olub.
Zərbə zamanı binada olan HƏMAS hərəkatının rəhbər şəxslərindən biri Qazi Hamadın aqibətindən isə bir xəbər yoxdur.
Qeyd edək ki, Qətərin Xarici İşlər Nazirliyi İsrailin hücumunu qəti şəkildə pisləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]