İSRAİL KNESSETİNİN DEPUTATI YURİ ŞTERNİN ÇIXIŞI
Mən konqresin bütün üzvlərinin rəyini ifadə edəcək və İlham Heydəroviç, Sizə deyəcəyəm ki, bu natamam üç gündə Azərbaycan özünə olduqca çox dostlar, hətta deyərdim, lobbiçilər qazandı. Tarixi oxşarlığımızı - qədim xalqın gənc dövləti olması oxşarlığını bir israilli, bir yəhudi kimi mən xüsusilə hiss etdim. Vaxt var idi, bu millətlər eyni bir məsələni - olum, ya ölüm məsələsini həll edirdilər. Burada qazanılmış dostlar isə Azərbaycana lazım olacaqlar. Mən bu badəni o kəslərin sağlığına qaldırıram ki, onların sayəsində dünyanın 40-50 ölkəsindən rus mətbuatının 150-200 nümayəndəsi hər il yeni bir yerdə toplaşır, Rusiya üçün, rusdilli icmalar üçün təzə dostlar, tərəfdarlar qazanırlar. Əlbəttə, badəni, ilk növbədə, Vitali İqnatenkonun sağlığına qaldırmaq istəyirəm. Demək istəyirəm ki, o, komsomol, partiya mətinliyinə malik liderin azad müasir insanla nadir bir vəhdətini nümayiş etdirir və bu, ona təşkilatı lazımi formada saxlamağa, ən müxtəlif mədəniyyətlərin təmsilçiləri olan adamları cəlb etməyə imkan verir. Mixail Solomonoviç Qusmanın sağlığına! Bu gün mən ona, sözün yaxşı mənasında, həsəd apardım. İstərdim ki, mən də Bakı kimi doğma şəhərə gəlim və məni də beləcə qarşılasınlar! Deyəsən, mən o günü görməyəcəyəm. Bu konqresin təşkili işlərini görmüş olan ÜRMA-nın bütün aparatının üzvlərini sadalaya bilməyəcəyəm.
Mən onların hamısının sağlığına, Azərbaycanın, Rusiyanın, İsrailin, Almaniyanın şərəfinə, çox ölkələrin şərəfinə badə qaldırıram!