Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsraildə “Erməni faşizmi və vandalizm-tarix və reallıq” mövzusunda beynəlxalq onlayn-konfrans keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində “İsraildə Azərbaycan Evi”nin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq onlayn-konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə İsrailin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Konfrans iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransın moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut tədbirin açılışında çıxış edib.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərindən kədərləndiyini bildirən A.Qut deyib: “1918-ci ilin martında Bakıda və Şamaxıda baş vermiş hadisələr bu qanlı cinayətlər zəncirinin başlanğıcı olub. Mart ayının bir neçə günü ərzində həmin şəhərlərdə və ətraf bölgələrdə yaşayan dinc azərbaycanlı əhali dəhşətli cəzalara məruz qalıb. Azğınlaşmış bolşevik-daşnak silahlı qüvvələri bu insanları öldürür, döyür, əsir götürür, qarət edir, bir sözlə, hamını və hər şeyi məhv edirdi”.

Konfransın moderatoru vurğulayıb ki, XX əsr Azərbaycan tarixində 1918-ci il həm əlamətdar, həm də faciəli hadisələrin növbələşməsi baxımından ən yaddaqalan il olub. Bu hadisələrin hər biri Azərbaycan xalqı üçün taleyüklü ola bilərdi və qismən belə də oldu.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva qeyd edib ki, Azərbaycan tarixşünaslığına “1918-ci il mart hadisələri” kimi daxil olmuş qanlı hadisələr erməni millətçilər tərəfindən Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımı siyasətinin kulminasiya nöqtəsi olub.

Məhsəti Əliyeva deyib: “Şamaxı soyqırımı 1918-ci ildə Bakı quberniyasında Şaumyan və onun bolşevik-daşnak-qnçak banditlərdən ibarət dəstəsi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş birinci cinayət oldu. 1918-ci il martın 30-da erməni-bolşevik birləşmələri Bakıya gəmilərdən yaylım atəşi açdılar. Bunun ardınca silahlı ermənilər azərbaycanlıların evlərinə hücum etdilər, qanlı soyqırımı törətdilər, Bakıda və ətraf bölgələrdə 12 min dinc azərbaycanlını məhv etdilər. Quba qəzası da ermənilərin hücumuna məruz qaldı. Orada Amazaspın başçılıq etdiyi erməni silahlı dəstələri 16 min insanı, o cümlədən 3 min yəhudini və bir min ləzgini xüsusi qəddarlıqla qətlə yetirdilər. Təqribən 167 kənd dağıdıldı, 35 kənd yerlə-yeksan edildi.

1918-1920-ci illərdə ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Kürdəmir, Zəngəzur, Şuşa, Naxçıvan, Ordubad, İrəvan quberniyasında və Azərbaycanın digər tarixi torpaqlarında törədilmiş soyqırımı nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Bu həqiqəti dünya birliyinə çatdırmaq və erməni faşizmini ifşa etmək lazımdır”.

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü Ramin Məmmədov Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş beynəlxalq konfransın təşkilinə görə “İsraildə Azərbaycan Evi”nə təşəkkürünü bildirib.

R.Məmmədov deyib: “1945-ci ildə Nürnberq beynəlxalq hərbi tribunalı nasistlərin liderlərini insanlığa qarşı cinayətlər törətməkdə ittiham etdi. 1948-ci il dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatı Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya qəbul etdi. Həmin Konvensiyaya əsasən, bu cinayətin qarşısını almaq və təqsirkarları cəzalandırmaq tapşırıldı. Yuxarıda qeyd edilən Konvensiyanın 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan dövlətinin beynəlxalq məhkəməyə müraciəti azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə beynəlxalq məhkəmə tərəfindən cəza haqqında qərar qəbul edilməsinin əsas üsullarından biridir.

Azərbaycanlılara qarşı soyqırımı üzrə beynəlxalq tribunal yaradılması Nəzəri və hüquqi baxımdan mümkündür. Belə tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olmalı və Təhlükəsizlik Şurasının bütün daimi üzvləri bu qətnamənin lehinə səs verməlidir. Bu prosedurlar beynəlxalq tribunalın yaradılması yolunda müəyyən əngəllər törədir və praktik baxımdan bu prosesi çətinləşdirir”.

“İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli beynəlxalq onlayn-konfrans keçirilməsinin vacibliyini qeyd edib və bu konfransda mühazirə ilə çıxış edənlərə təşəkkürünü bildirib.

Şirin Nexamiya Mixaeli deyib: “Mən dağ yəhudisi mənşəli Azərbaycan oğluyam və bəyan edirəm ki, 1918-ci ilin mart ayında ermənilər tərəfindən Azərbaycan və yəhudi xalqlarına qarşı törədilmiş vəhşilikləri biz heç vaxt unutmayacağıq. Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsinə görə çox şadam və çox fəxr edirəm. Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanlar arasında bizim qəhrəman Albertlə yanaşı, başqa yəhudilər də çox olub, itkin düşənlər də var. Onlardan biri mənim yaxın qohumum Vüqar Mixaylovdur. Bu gün Mixaylovlar ailəsinin üzvləri İsrailin müxtəlif şəhərlərində yaşayır. Onun anası, böyük qardaşı və bacısı çox ümid edirlər ki, 29 il erməni əsirliyindən sonra Vüqarla yenidən görüşə biləcəklər. Mən deputat Ramin Məmmədovdan xahiş edirəm, oğlumuzu tapmaqda bizə kömək etsin”.

Azərbaycanlı tarixçi tədqiqatçı Aron Xanukayev Azərbaycanın Quba rayonunda törədilmiş qırğınlar barədə ətraflı söhbət açıb. O qeyd edib ki, daşnak-bolşevik terroru nəticəsində azərbaycanlılarla yanaşı, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri - ləzgilər, dağ yəhudiləri və ruslar da zərər çəkiblər. Aron Xanukayev vurğulayıb: “2007-ci ildə Quba şəhərində, Qüdyalçay sahilində kütləvi dəfn yeri aşkar edilib. Ümumi sahəsi 514 kvadratmetrə bərabər olan bu kütləvi dəfn yerində 1918-ci ilin may ayında Amazaspın rəhbərliyi ilə daşnaklar tərəfindən törədilmiş qırğının qurbanlarına çevrilmiş yerli sakinlər dəfn edilib”.

Sonra 1918-ci ilin qanlı mart hadisələri barədə “İsraildə Azərbaycan Evi” və “Azərbaycan Yəhudi Media-Mərkəzi” tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Tədbirin moderatoru Arye Qut deyib: “Bu gün litvalı hərbi jurnalist Riçardas Lapaytis bizim qonağımızdır. Bu insan o vaxt Xocalıda törədilmiş dəhşətli hadisələr barədə həqiqəti bütün dünyaya çatdırmaq niyyəti ilə Azərbaycanın informasiya blokadasını yarıb. O, adi jurnalist deyil, əsl döyüşçü, saflıq, ədalət və qərəzsizlik uğrunda mübarizdir. Ondan ötrü həqiqət hər şeydən üstündür.

Konfrans iştirakçıları qarşısında çıxış edən litvalı hərbi jurnalist Riçardas Lapaytis bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfəri barədə məlumat verib. O deyib: “Ağdam mənə çox sarsıdıcı təsir bağışladı. Erməni vandallar bu şəhəri tamamilə dağıdıblar. Ağdam məscidi yalnız atəş açmaq üçün oriyentir kimi qalıb. Ermənilər demək olar 30 il ərzində həmin məsciddə donuz və başqa ev heyvanları saxlayıblar. Şəhər tamamilə minalanıb. 1992-ci ildə, fevraldan martın ortalarına qədər Xocalı sakinlərini oraya gətiriblər. Qəbiristanlıq tamamilə viran edilib, məzarlar dağıdılıb. Vaxtilə mənim də gecələdiyim qonaq evinin yalnız xarabalıqları qalıb. İnsan orada çox qəribə hisslər keçirir. Praktiki olaraq hər şey məhv edilib. Mənim fikrimcə, bu şəhəri gələcək nəsillər üçün elə bu vəziyyətdə saxlamaq lazımdır, qoy, özlərini “ən qədim sivilizasiya” nümayəndələri hesab edənlərin, əslində, nəçi olduğunu hamı bilsin. Bu vandalizm 30 il davam edib! Dünya orada baş verənlər haqqında həqiqəti yalnız indi öyrənir. Hər istiqamətdə onlarca kilometr uzunluğunda istehkamlar yaradılıb. Görünür, onlar çox qorxurdular. O dərəcədə qorxurdular ki, praktiki olaraq yerin altında yaşayırdılar. Burada həyat əlaməti yoxdur. Hər şey məhv edilib. Görünür, heç kəs orada dinc həyat qurmağa hazırlaşmırdı. Buna yalnız bir ad vermək olar - ölüm labirinti. Şərhə ehtiyac yoxdur”.

Xocalıda törədilmiş soyqırımı aktının canlı şahidi polkovnik Əsəd Fərəcov da beynəlxalq onlayn-konfransda iştirak edirdi. Əsəd Fərəcov heç kəsin gözləmədiyi halda litvalı hərbi jurnalist Riçardas Lapaytis ilə Ağdam məscidində görüşməsini xatırladı. Lapaytis Xocalıda qanlı qırğın zamanı valideynlərini itirmiş balaca bir qızcığazı Ağdama gətirmişdi.

O dəhşətli günlərin şahidi olmuş Əsəd Fərəcov deyib: “Xocalı işğal ediləndən sonra bu qanlı qırğında salamat qalmış azərbaycanlılar Ağdama gəlməyə başladılar. Şəraiti yerində öyrənmək qərara alındı və faciədən iki gün sonra biz jurnalist Çingiz Mustafayevlə birlikdə oraya yola düşdük. Mən ona dedim ki, bu dəhşətli vəziyyəti hökmən videoya çəkmək lazımdır. Ermənilərin Xocalıda törətdiklərini görmüşəm... Bu, dəhşət idi. Mən heç vaxt belə vəhşilik görməmişdim. Onlar heç bir təqsiri olmayan silahsız insanları qətlə yetirməklə kifayətlənməyib, cəsədləri də təhqir edirdilər, qadınların barmaqlarındakı üzükləri çıxarmaq üçün barmaqlarını kəsir, onların qulaqlarındakı sırğaları çıxarmaq üçün qulaqlarını kəsir, başlarının dərisini soyurdular...

Orada qocalar da vardı, qadınlar da, uşaqlar da... Biz bu insanları orada qoya bilməzdik, onları özümüzlə götürüb Ağdama aparmağa qərara aldıq. Əvvəlcə uşaqların cəsədlərini götürdük. İki-üç yaşlarında bir uşaq həlak olmuş anasına sığınmışdı. Görünür, anası körpəni müdafiə etmək, öz bədəni ilə onu qorumaq istəyib, lakin öldürülüb. Uşaq elə o vəziyyətdə də, balaca əlləri ilə anasını qucaqlayaraq donmuşdu.

Bu, qız uşağı idi. Mən onu anasından güclə ayırdım. Ağdamda başqa cəsədlərlə bərabər yuyulmaq üçün məscidə apardıq. Mən qızcığazı orada qoyub “Qonaq evi” deyilən yerə getdim. Orada oturub ağladım... Bir də hiss etdim ki, kimsə mənim əlimi öpür. Gözlərimi açanda Ağdam məscidinin axundunu gördüm. Axund dedi ki, möcüzə baş verib - qızcığazın meyitini yuyanda o oyanıb - yəqin ki, isti suyun təsiri ilə... Həmin möcüzə baş verən anda dostum və qardaşım litvalı hərbi jurnalist Riçardas Lapaytislə qarşılaşdım. Bu konfransda iştirak etməyə dəvət olunduğum üçün “İsraildə Azərbaycan Evi”nə və qardaşım Arye Quta təşəkkür edirəm. Heç təsəvvür etməzdim ki, 29 ildən sonra görüşəcəyik. Dedik ki, biz banditlərə oxşamamalıyıq. Onlar qadınlara, uşaqlara əzab verməyi, onları təhqir etməyi bacaran barbarlardır, biz isə... Biz insanıq”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev qeyd edib ki, 1918-ci il martın 24-də azərbaycanlılara qarşı Stepan Şaumyanın rəhbərliyi ilə başlanmış soyqırımı bir neçə gün davam edib. Bu müddətdə Azərbaycan ərazisində 700 minə qədər insan məhv edilib.

Zaur Əliyev deyib: “Vurğulamalıyam ki, tarixboyu qırğınlar törətmiş ermənilərin arxasında çar Rusiyası, bəzi Avropa ölkələri, sonra isə sovet hökuməti dayanırdı.

Sovet dövründə bu hadisələri Azərbaycan xalqının yaddaşından çıxartmağa cəhd göstərilib, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra 1918-ci il 31 mart faciəli hadisələri barədə tarixi sənədlər əsasında çoxsaylı araşdırmalar aparılıb, kitablar nəşr edilib.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların Soyqırımı haqqında” Fərman imzalayıb. O vaxtdan hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir”.

Arye Qut tədbirə yekun vuraraq deyib: “Biz həlak olanlara görə kədərlənirik, onların xatirəsini ehtiramla yad edirik, buna görə intiqam almaq yox, ədalət tələb edirik! Əsas məqsəd ədalətə nail olmaqdır, ədalət isə müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və kütləvi qətllər törədilməsində təqsirkar olanları məsuliyyətə cəlb etməkdən ibarətdir. Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməli, cinayət cəzasız qalmamalıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar