DÜNYA
İsraildə yerli seçkilər ikinci dəfə təxirə salınıb
![İsraildə yerli seçkilər ikinci dəfə təxirə salınıb](/files/2023/3/1200x630/17040360203213939238_1200x630.jpg)
Bakı, 31 dekabr, AZƏRTAC
İsraildə “müharibə səbəbindən” keçirilməyən yerli seçkilər ikinci dəfə təxirə salınaraq fevralın 27-nə təyin edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, İsrail-Fələstin münaqişəsindən sonra oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan yerli seçkilər yanvarın 30-na təxirə salınıb.
İsrail mətbuatının yazdığına görə, hökumət yanvarın sonunda keçiriləcək seçkilərə şəraitin uyğun olub-olmaması ilə bağlı ordudan rəy istəyib.
İsrail ordusu yerli seçkilərdə namizəd olan yüzlərlə adamın artıq ehtiyatda olan hərbçi kimi xidmət etdiyini və seçkilərlə əlaqədar bu şəxslərin buraxılmasının mümkün olmadığını hökumətə çatdırıb.
Bu səbəbdən İsrail Dövlətinin Nazirlər Kabineti yerli seçkiləri bir daha təxirə salıb və fevralın 27-də keçirilməsinə qərar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]
Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər
- 24.06.2024 [14:23]
Ötən il Londonda silahlı cinayətlərin sayı artıb
- 24.06.2024 [14:22]