İstanbulda Həmrəylik Günü ilə bağlı təntənəli mərasim keçirilib
İstanbul, 1 yanvar, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə istanbuldakı beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, Türkiyə rəsmiləri, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, diaspor təşkilatlarının və QHT-lərin təmsilçiləri, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar gün münasibətilə dünya azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu həmrəylik bayramımızın yaranma tarixindən və əhəmiyyətindən danışıb. Baş konsul diqqətə çatdırıb ki, tarixin hökmü ilə qəbul olunmuş qərarın nəticəsi olaraq dünya azərbaycanlılarının sevinclə qeyd etdiyi Həmrəylik Günü xalqımızın mütəşəkkillik rəmzinə çevrilib.
Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzovun aparıcılıq etdiyi mərasim görkəmli mədəniyyət xadimlərinin qatıldıqları geniş konsert proqramı ilə davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]