Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSTANBULDA MƏTBUAT KONFRANSINDA AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

-Hörmətli mətbuat nümayəndələri!

Mən sizi salamlayıram. Sizinlə görüşümdən məmnun olduğumu bildirirəm. Bilirsiniz ki, mən Türkiyəyə hörmətli Prezident Əhməd Necdət Sezərin dəvəti ilə, İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşündə iştirak etmək üçün gəlmişəm.

Dünən bizim görüşlərimiz oldu. Bildirmək istəyirəm ki, bu görüşlər çox səmərəli keçdi. Biz İƏT-in fəaliyyətini təhlil etdik, müasir vəziyyəti müzakirə etdik və ölkələrimiz arasında, təşkilatına daxil olan ölkələr arasında iqtisadi və başqa əlaqələrin inkişaf etməsi üçün müəyyən fikirlər söylənildi, müəyyən təkliflər irəliyə sürüldü. Bu gün isə mən İstanbulda olmağımdan istifadə edərək, Türkiyənin iş adamları ilə görüşmək arzusunda olmuşdum. Onu da burada lazımi təşkilatlar etdilər. Türkiyənin demək olar ki, çox hörmətli iş adamları və çoxsaylı, bilmirəm, 200 yaxud 250-300 nəfər toplaşmışdı. Biz görüşdük, söhbət etdik, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri haqqında məruzələr dinlədik. Ondan sonra isə Türkiyənin 9-cu Prezidenti hörmətli Süleyman Dəmirəl nitq söylədi. Sonra mən fikirlərimi söylədim.

Mən bu görüşdən çox məmnunam. Çünki, həqiqətən, Türkiyənin çox böyük iş adamları ilə səmərəli danışıqlar apardıq. İndi Azərbaycanda hansı işləri görmək mümkündür - o barədə məlumatlar verildi. Eyni zamanda, Türkiyənin iş adamlarının indiyə qədər Azərbaycanda gördükləri işlər haqqında da məlumatlar verildi. Çünki bəzən ayrı-ayrı insanlar belə bir fikir yaratmaq istəyirlər ki, guya son zamanlar Azərbaycanda Türkiyənin iş adamlarına istənilən qədər iş verilmir, yaxud iş yoxdur. Bunlar hamısı yanlış şeylərdir. Sadəcə, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini müəyyən qədər ləkələmək üçün bu sözləri ortaya atırlar.

Mən təkrar etmək istəmirəm. Orada rəqəmlər deyildi. Beş minə qədər türk iş adamı daim Azərbaycanda işləyir, böyük layihələr həyata keçirilir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri nəhəng layihələrdir. Onlardan əlavə, çoxlu başqa işlər də görülür. Ona görə də güman edirəm ki, heç kəs belə yollarla Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Mən çox iş adamlarını Azərbaycana dəvət etdim. Söz verdilər, gələcəklər və yeni-yeni işlərə başlayacağıq.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim inkişaf edir. Biz son vaxtlar çox böyük işlər gördük. Məsələn, nəhayət, Bakı-Tbilisi-Ceyhan layihəsinin inşasına başladıq. Sentyabrın 18-də Bakıda onun təməlqoyma mərasimini keçirdik. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadze və Azərbaycan Prezidenti orada iştirak etdilər. İşə başlamışıq və güman edirəm ki, uğurla başa çatacaqdır.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında da lazımi tədbirlər görülür. Orada bir balaca gecikmələr var, onlar o qədər də əhəmiyyətli deyildir. Biz onun da inşasına başlayacağıq. Beləliklə, iki böyük layihənin, tarixi əhəmiyyəti olan layihələrin iqtisadi əhəmiyyəti məlumdur. Azərbaycanın Xəzər dənizindən hasil olan nefti - orada olduqca çox böyük neft ehtiyatları var - Bakı-Tbilisi-Ceyhan ilə Türkiyənin Ceyhan limanına axacaq, dünay bazarlarına gedəcəkdir. Bu kəmərin ömrü çox uzundur. Güman edirəm ki, XX1 əsrdə mütləq öz fəaliyyətini davam etdirəcək və XX11 əsrə də keçə bilər. Çünki Xəzərdə bildiklərimiz sərvətlərin çox olduğunu göstərir, amma hələ bilmədiyimiz şeylər də var. Ona görə bunun gələcəyi çox böyükdür.

Eləcə də “Şahdəniz” qaz yatağı. İndi orada 1 trilyon kubmetr qaz ehtiyatı olduğu bildirilir. Ancaq bu, ilkin məlumatdır və adətən ehtiyatlı davranırlar, çox böyük rəqəm demək istəmirlər. Düşünürəm ki, orada qaz daha da çoxdur. Amma təkcə orada deyil, Xəzərin başqa yerlərində də zəngin qaz yataqlarımız var. Ona görə Azərbaycan böyük qaz ölkəsi kimi, dünyaya qaz ixrac edəcəkdir. Güman edirəm, gələcəkdə biz Türkiyənin ərazisi ilə qaz kəmərini Avropaya da aparacağıq. Çünki bilməlisiniz ki, indi Avropada istifadə olunan qazın mənbələri get-gedə azalır. Avropa yeni qaz mənbələri arayırlar və bu baxımdan yenə də Xəzər hövzəsi mühüm yer tutur.

Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat sürətlə inkişaf edir. Bizim böyük bir problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunmayıbdır. Bu da Azərbaycanı yaralayıb və bu yara indiyə qədər bizim bədənimizdədir. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan 1 milyondan artıq azərbaycanlı zorla çıxarılıb, onların tam əksəriyyəti çadırlarda yaşayır. Ümumiyyətlə, çadırda yaşamaq çox çətindir. Amma bir-iki-üç il buna dözmək olar, çadırda 10 il yaşamaq isə dəhşətli bir şeydir. Ancaq bizim insanlar buna dözürlər və ümid bəsləyirlər ki, məsələ sülh yolu ilə həll olacaqdır.

Bəli, biz də bu ümidlə yaşayırıq, çalışırıq. Bu barədə çox işlər görürük. Həm ATƏT-in Minsk qrupu vasitəsilə, həm bilavasitə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri vasitəsilə, həm də başqa beynəlxalq təşkilatların vasitəsilə sülh danışıqları aparırıq. Ancaq sülh danışıqları uzandığına görə, Azərbaycanda insanların səbri tükənir və bəziləri müharibə etmək, savaş, müharibə yolu ilə torpaqları azad etmək fikirlərini daha da çox irəli sürürlər. Belə əhval-ruhiyyə indi Azərbaycanda keçən illərə nisbətən daha da çoxdur. Bunun da əsası var. Dediyim kimi, nə qədər dözmək olar? Ancaq bizim dövlətin siyasəti belədir ki, hələ məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. Burada imkanlar hələ tükənməyibdir, imkanlar var. Biz bu sahədə öz işimizi aparırıq.

Bu böyük ağır problemin olmasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulubdur və artıq fəaliyyət göstərir. Azərbaycanda insan haqları qorunur, insan azadlıqlarının hamısı təmin olunubdur. Azərbaycanda bazar iqtisadiyyatı hökm sürür. Bizim iqtisadiyyatda əldə etdiyimiz nailiyyətlər, əsasən, bazar iqtisadiyyatının nəticəsidir. Bizim 1994-cü ildə irəliyə sürdüyümüz neft strategiyası həyata keçirilir və onun nəticəsində Azərbaycana xarici investisiya cəlb edilibdir. Neft sahəsinə təxminən 6 milyard dollar investisiya cəlb olunubdur. Amma 1993-cü ildən indiyə qədər Azərbaycana təxminən 10 milyard gollara qədər investisiya qoyulubdur. Onun içərisində xarici investisiya da var, daxili investisiya da var.

Biz gələn ilin büdcəsini hazırlamışıq, normal büdcədir. Bəzi sahələrdə - büdcədən təmin olunan təbəqələrin maaşları artırılacaqdır. Bir çox başqa sosial məsələləri həll etmişik və həll edirik. Azərbaycanda vəziyyət belədir. Mən daha çox vaxt almaq istəmirəm. Əgər indi kimin sualı olsa, mən cavab verməyə hazıram.

X X X

Sonra dövlətimizin başçısı Heydər Əliyev jurnalistlərin suallarına ətraflı cavab verdi.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir