Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSTANBULDA TÜRKİYƏNİN İŞ ADAMLARI İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Türkiyənin 9-cu Prezidenti, əziz dostum-qardaşım, hörmətli Süleyman Dəmirəl! 

Hörmətli nazirlər!

Dəyərli iş adamları!

Xanımlar və cənablar!

Sizin hamınızı səmimi qəlbdən salamlayıram və Türkiyədə başqa bir məsələ ilə əlaqədar olduğum halda burada, “Çırağan” sarayında Türkiyənin dəyərli iş adamları ilə görüşümdən həddən ziyadə məmnun olduğumu bildirmək istəyirəm.

Bilirsiniz ki, mən İƏT təşkilatının zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə, İstanbula gəlmişəm. Biz dünən çox iş gördük. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezərin sədrliyi ilə İƏT-in VII zirvə görüşü öz işini apardı və tamamladı. Türkiyə hökuməti İƏT-in növbəti zirvə görüşünə sədr seçildi, İƏT-ə başçılıq edəcəkdir. Ümidvaram ki, Türkiyə Cümhuriyyəti İƏT-ə çox böyük önəm verdiyinə görə, təşkilat gələn illərdə ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində yeni uğurlar qazanacaqdır.

Mən ayrıca olaraq, hörmətli Prezident Əhməd Necdət Sezərlə görüşdüm, Türkiyə-Azərbaycan əlaqələri haqqında və onun daha da inkişaf etdirilməsi haqqında geniş söhbət apardıq. Hər dəfə olduğu kimi, bu dəfə də bizim görüşümüz dostluq, qardaşlıq, mehribanlıq şəraitində keçdi. Mən bu işləri qurtarandan sonra yeni bir işə başlamışam. Burada siz mənə yardımçı olduğunuza görə təşəkkür edirəm.

Mən buraya gələrkən bildirmişdim ki, Türkiyənin iş adamları ilə görüşmək arzusundayam. Keçən dəfə Prezident Əhməd Necdət Sezər Bakıda olarkən danışdığım zaman ona bildirmişdim. Mənim bu arzum qəbul edilmişdir və çox məmnunam ki, bu işin təşkilatçıları, bizim gözəl insanlarımız, dostlarımız çox çalışıblar, yaxşı bir görüş hazırlayıblar.

Burada yaxşı çıxışlar söylənildi. Hörmətli Süleyman Dəmirəl hər dəfə olduğu kimi çox geniş, dərin mənalı, çox əhəmiyyətli çıxış etdi. Əziz dostum, Azərbaycan haqqında, Azərbaycanın artıq 11 ildir keçdiyi əziyyətli müstəqillik yolu haqqında, bu yolda əldə etdiyimiz uğurlar haqqında, şəxsən mənim fəaliyyətim haqqında xoş sözlərə görə, izahatlara görə Sizə təşəkkür edirəm. Bildirmək istəyirəm, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan öz dövlət müstəqilliyini qoruyacaq, saxlayacaq, möhkəmləndirəcək, inkişaf etdirəcək və demokratik, hüquqi, dünyəvi, güclü bir Azərbaycan olacaqdır.

Bu yolda biz həmişə dost, qardaş Türkiyə Cümhuriyyəti ilə, türk xalqı ilə bir yerdə olmuşuq. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra Türkiyə ilk olaraq bu müstəqilliyi tanımışdır. Biz yenicə doğulmuş bir cocuq, bəbə kimi hələ ayaqlarımızı ata bilmirdik, ancaq Türkiyə bizim qolumuzdan tutmuşdu, bizə yardım etmişdi və öz təcrübəsini bizə göstərmişdi. Mən bunu dəfələrlə demişəm, böyük Atatürkün yaratdığı Türkiyə Cümhuriyyətinin keçdiyi tarixi yol, əldə etdiyi nailiyyətlər Azərbaycan üçün həmişə örnək, nümunə olubdur. Biz çalışmışıq ki, bundan səmərəli istifadə edək və ölkəmizi yeni bir müstəqil yol ilə aparaq. Biz buna nail ola bilmişik.

Burada hörmətli Süleyman Dəmirəl dedi, bizim qarşımızda çox çətinliklər də olmuşdur, çevriliş cəhdləri də olmuşdur, Azərbaycanda vətəndaş müharibəsi də olmuşdur. Azərbaycan parçalanırdı. Ancaq xalqımız öz iradəsini göstərdi və biz bunların hamısının qarşısını aldıq. İndi Azərbaycan rahat bir yola çıxıbdır. Doğrudur, bizim problemimiz var. Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan torpaqlarının işğal olunması problemi var. Bu, başqa bir problemdir. Amma belə bir ağır problemi olmağına baxmayaraq, Azərbaycan böyük iqtisadi inkişaf yoluna çıxmış və inkişaf etmişdir.

Burada bizim Türkiyə tərəfindən çıxış edən dostlarımız, bizim iqtisadi inkişaf nazirimiz və xüsusən hörmətli Süleyman Dəmirəl əldə etdiyimiz nailiyyətlər haqqında danışdılar. Mən bu barədə vaxt almaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, biz çox çətin bir şəraitdə nailiyyətlər əldə etmişik.

İndi Azərbaycan inkişaf edən bir ölkədir. İqtisadiyyatı inkişaf edir. Təbiidir, Azərbaycanın böyük problemləri var. Birincisi, Dağlıq Qarabağ problemidir. Torpaqlarımızın 20 faizi işğal altındadır. 8 ildən çoxdur ki, atəşkəs şəraitində yaşayırıq. Hələ ki, müharibə yoxdur. Ancaq sülh, barış da yoxdur. Bir milyondan artıq vətəndaşımız qaçqındır, köçkündür, çadırlarda yaşayır. Onlar işləyə bilmirlər, iş yerləri yoxdur. Biz onları yaşatmalıyıq. Amma çadırda yaşamaq nə qədər çətindir- bunu bilirsiniz. İki-üç il bir hadisə ilə əlaqədar çadırda yaşamaq olar. Amma 10-11 il çadırda yaşamaq... İndi bizdə uşaqlar var, çadırlarda doğulub, böyüyüb, çadırda məktəbə gedirlər. İnsanlar çadırda evlənir, ailə qururlar. İnsanlar çadırda həyatdan gedirlər. Bilirsiniz, nə qədər ağır, çətin şəraitdə yaşayırlar. Ancaq dözürlər. İnanırlar ki, məsələ sülh yolu ilə həll olunacaqdır.

İndi vaxt yoxdur, bu, böyük bir məsələdir, bu barədə demək istəmirəm. Bu, çox çətindir. Ermənistan bizim torpaqlarımızı işğal etdiyinə görə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyir. Biz isə öz qədim torpaqlarımızı itirə bilmərik. Onlar işğal etdikləri torpaqları azad etmirlər. Dünyada bir ölkə yoxdur, bir beynəlxalq təşkilat yoxdur ki, bu məsələni ədalətlə müzakirə etsin, desin ki, sən günahkarsan, sənin başqa ölkənin torpağını işğal etməyə haqqın yoxdur, sən buradan çıxmalısan.

Prezident kimi mənə deyirlər ki, gedin Ermənistanın Prezidenti ilə danışın, razılaşın. Bunu Amerika da deyir, Rusiya da deyir, Fransa da deyir, ATƏT də deyir, Türkiyə də deyir, Avropa Birliyi də deyir. Hamısı deyir ki, onlarla razılaşın, hansı razılığı əldə etsəniz, biz də ona razı olacağıq, bu işdə sizə kömək edəcəyik. Mən razılaşa bilmirəm. Çünki niyə? O, torpaqları işğal edib məndən tələb edir. Əvvəla, onun tələbini yerinə yetirə bilmirəm. Bəs nə olsun? Müharibə edək?! Artıq bizim xalqımızda müharibə əhval-ruhiyyəsi qalxır - gedək müharibə edək, vuruşaq, ya torpaqlarımızı azad edək, ya da məhv olaq. Amma bu da doğru yol deyildir. Baxmayaraq ki, bizim xalqımızda belə fikirlər artıq çox geniş yayılıbdır. Mən bir Cümhur başqanı kimi bunu məqbul hesab etmirəm, bunun qarşısını alıram. Amma təsəvvür edin, belə şəraitdə yaşamaq nə qədər çətindir.

Bütün bunlara baxmayaraq, Azərbaycan inkişaf edir. Bu inkişafda da Türkiyə ilə bizim iqtisadi əlaqələrimiz həmişə xüsusi yer tutubdur. İlk illərdə biz özəl sektor nədir bilmirdik, başqa şeylər bilmirdik. Biz 70 il kommunist rejimində yaşamışıq. Hər şey ümumi, dövlətin idi, şəxsi mülkiyyət ola bilməzdi. Ona görə də biz bir neçə il ağır fikirləşmə yolu ilə gedirdik. Çoxları deyirdi ki, yox, onu dəyişdirmək olmaz. Onu dəyişdirsəniz, hər şey batacaqdır. Mən isə düşünürdüm, yox, risk etmək lazımdır, dəyişdirmək lazımdır. Hələ 1995-ci ildə mən torpaq islahatı keçirdim. Ondan iki il sonra torpağı kəndlilərə payladım, bütün heyvanları payladım. Kolxozları, sovxozları dağıtdım. İlk il çətinliklər oldu. İndi bizdə aqrar sektor, kənd təsərrüfatı çox inkişaf edibdir. Biz özümüzü taxılla təmin edirik. Əti, südü, başqa şeyləri əvvəllər Rusiyadan gətirirdik. İndi hamısı Azərbaycanda var. Azərbaycanın kəndində özəl sektor inkişaf edir.

Biz özəlləşdirmə keçirdik. Ticarət tamamilə özəl sektordadır. İndi Azərbaycanda ticarət çox gözəldir. Sizin mağazalarda olan şeyləri gedib orada da ala bilərsiniz. Sizdə nə yoxdursa, gəlin oradan alın. Ticarət özəl oldu, nəqliyyat da belə oldu. Qısa bir zamanda böyük dəyişikliklər əldə etdik.

Süleyman bəy elektrik şəbəkəsindən danışdı. Burada “Barmek” şirkətinin rəhbəri oturubdur. Siz bəzi şeyləri bilmirsiniz. Biz elektrik enerjisini hasil edirik, insanlara veririk, pulunu ala bilmirik. Biz özümüz 6 milyard kubmetr qaz hasil edirik. 4 milyard kubmetr Rusiyadan alırıq. Əhaliyə, insanlara qaz veririk, amma pulunu ala bilmirik. Pulunu vermirlər. İndi təsəvvür edin, biz dövləti nə cür saxlayırıq. Çox sağ olsun, Hüseyn Arabil gəldi dedi ki, mən bu ağır işi götürəcəyəm. Mən dedim, bu, çox ağırdır, ola bilər, sonra qaçdı. Amma hələ ki, qaçmayıbdır və görürəm, hələ qaçmayacaqdır. “Bakıelektrikşəbəkə”ni ona verdik. Çox çətin işlədir. Ancaq indi satılan enerjinin 49 faiz dəyəri ödənilir. Amma biz 8-10 faiz yığa bilirdik.

İndi “Sumqayıtelektrikşəbəkə”ni götürübdür. Sonra nə iş görəcəksən, 3 ildə 80 faizə çatdıracaqsan? Çox yaxşı, təşəkkür edirəm.

Bax, budur, Türkiyə şirkətinin, türk iş adamının Azərbaycanda ölkəmiz üçün gördüyü çox önəmli iş. Bəlkə Türkiyə iş adamlarının Azərbaycanda indiyə qədər gördüyü işlərdən ən önəmlisi budur. Çünki bilirsiniz, nə qədər elektrik enerjisi işlədirik. Bakı böyük şəhərdir. İki milyon əhalisi var. Bizdə metropoliten işləyir, başqa şeylər var. Nə qədər elektrik enerjisi gedir, bizim nə qədər vəsaitimiz gedirdi. İndi isə büdcəyə nə qədər vəsait gələcəklər. Güman edirəm ki, belə iş adamları Azərbaycana bundan sonra daha da çox gələcəkdir.

İndiyə qədər Azərbaycana gələn adamlar çox iş görüblər. Onların hamısına təşəkkür edirəm. Əgər bu işlər olmasaydı, indi Azərbaycanda, məsələn, inşaat, ticarət və digər şeylər bu səviyyədə ola bilməzdi. Ancaq mən istərdim ki, Türkiyənin iş adamları gəlib istehsala sərmayə qoysunlar. Bir şey istehsal edək. Mən çox məmnunam ki, hörmətli Sabançı bizim bu məclisdədir. Mən buraya çox gəlib-gedirəm, amma onu az görürəm. Onu görməyə çox çalışıram. Ancaq bir dəfə deyirlər, Sabançı Amerikadadır, bir dəfə deyirlər İngiltərədədir, mən onu görə bilmirəm. İndi Allah nəsib edib ki, burada görüşmüşük, bir yerdə oturmuşuq. Amma o, Azərbaycana heç ayağını qoymayıbdır.

Hörmətli Sabançı, indi mən bu insanların yanında, televiziyanın qarşısında sizə müraciət edirəm. Birincisi, siz mənim şəxsi qonağım, dostum kimi, Azərbaycana gəlin. Azərbaycana baxın, görün. Heç bir iş görməsəniz də gəlin, orada görünün.

Beləliklə, indi Türkiyə-Azərbaycan iqtisadi əlaqələri bu yerə gəlib çatıbdır. Biz bu mərhələyə gəlmişik. O xırda işlər, məsələn, restoranlar, mağazalar, inşaatdır - bunlar hamısı çox yaxşıdır. Bizə çox yardım etdi və hərtərəfli mənfəət götürdük. İş adamları da mənfəət götürdü, Azərbaycan da bir çox şeyləri öyrəndi. Bizim inşaatçılar Türkiyədən gələn inşaat şirkətlərindən çox şey öyrəndilər. İndi öyrəniblər, özləri şəhərdə 20 mərtəbəli evlər tikirlər. Bu, böyük hadisədir və bizim əməkdaşlığımızın, dostluğumuzun nəticəsidir. Amma bundan sonra daha geniş iş görmək lazımdır.

Bizim neft sektorunda gördüyümüz işlər haqqında burada danışıldı. Çox məmnunam ki, hörmətli Süleyman Dəmirəl də bu barədə danışdı və nə qədər əhəmiyyətli olduğunu dedi. Ancaq bir neçə kəlmə demək istəyirəm.

Mən 1994-cü ildən Türkiyəyə gəlirəm. Türkiyəyə hər dəfə gələndə hamı mənə sual verirdi: Bakı-Ceyhan, Bakı-Ceyhan. Mən özüm də Bakı-Ceyhanı düşünürdüm. Amma bilirdim ki, Bakı-Ceyhanı həyata keçirmək nə qədər çətin işdir. İndi isə Bakı-Ceyhanı soruşmurlar. Heç kəs soruşmur. Çünki Bakı-Ceyhan var.

Ancaq bilməlisiniz, mən Bakı-Ceyhan üçün çox ağır yollardan keçdim. Bağışlayın, bəlkə də yükün çoxu mənim üstümə düşdü. Mən idim bu işi aparan, mən idim bu işi görən. Mən Amerika, Avropa neft şirkətlərinə sübut etməliydim ki, Bakı-Ceyhanı həyata keçirmək lazımdır. 1994-cü ildə “Əsrin müqaviləsi”ndə bu, göstərilmişdi, imzalanmışdı. Amma biz sonra Bakı-Supsa ixrac boru xəttini tikdik. 1999-cu ildən indiyə qədər Bakı-Supsa ilə təxminən 25 milyon ton neft ixrac olunubdur. Şirkətlər dedilər ki, Bakı-Ceyhan çox baha olacaq, çətin olacaq, gəlin, Bakı-Supsanı genişləndirək və nefti Bakı-Supsa vasitəsilə göndərək. Mən dedim, olmaz.

Hörmətli Süleyman bəylə danışdım, dedim siz bildirin ki, tankerləri Bosfordan daha buraxmayacaqsınız. Yoxsa Bakı-Supsanı genişləndirəndə yenə də Bosfordan keçməlidir. Bosfordan nə qədər keçər? Bizim məqsədimiz o idi ki, bu boru xətti Türkiyədən keçsin, Ceyhana getsin, tankerlər daha dənizdən keçməsin, Bosfordan keçməsin, gəlib nefti Ceyhandan götürsünlər. Mənim bu mübarizəm həmin Qərb şirkətləri ilə, hansılar ki, pulu, hər şeyi qoyurlar, onlarla idi. Onlar öncə deyirdilər ki, olmaz. Bakı-Novorosiysk kəməri var, oradan nəql edək. Ondan da qurtardıq, bundan da qurtardıq. Sonra dedilər ki, pul yoxdur. Pul da tapdıq, filan etdik və 1998-ci ildə Türkiyə Cümhuriyyətinin 75-ci ildönümündə Ankarada bəyannaməni imzaladıq. Türkiyə Cümhuriyyəti, Azərbaycan Cümhuriyyəti, Gürcüstan, Qazaxıstanı da qatdıq və bəyannamə imzalandı. Ondan sonra, 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbuldakı zirvə görüşündə Cümhur başqanı Süleyman Dəmirəl, Cümhur başqanı Edurad Şevardnadze, Cümhur başqanı Nursultan Nazarbayev, Cümhur başqanı Heydər Əliyev son olaraq sazişi imzaladıq. Amerikanın Cümhur başqanı Bill Klinton da ona öz imzasını qoydu. Ondan sonra biz bu işləri apara bildik.

Artıq indi inşaata başlamışıq. Mən çox mənunam ki, “Botaş” şirkəti Türkiyədə inşaatı başlayıbdır. Bizim şirkətlər də - həm Azərbaycan ərazisində, həm də Gürcüstan ərazisində işə başlayıbdır. Düşünürəm ki, 2004-cü ildə olmasa da, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan tamam olacaq və biz Ceyhan limanında gedib Azərbaycan neftinin oraya çatmasını görəcəyik.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri barədə. Öncə heç kəsin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər təbii qaz olacaq və biz onu çıxaracağıq. Amma bu da oldu və anlaşmaları yenə burada imzalamışıq. İş gedir. Bir az problemlər var, bir balaca gecikir. Türkiyə tərəfdə problemlər var. Bizim şirkətlərdə də, - yəni bizim deyəndə, oradakı şirkətlərin hamısı Avropanın, Amerikanın şirkətləridir, - problemlər var. Ancaq onları da həll edəcəyik və güman edirəm ki, 2006-cı ildə də “Şahdəniz” qaz yatağından qaz Ərzuruma çatacaqdır və Türkiyə ondan istifadə edəcəkdir.

 

Biz bu qədər böyük işlər görmüşük. Bunlar təkcə iqtisadi məsələ deyildir. Bunlar bizim ölkələrimizi polad tellərlə bir-birinə bağlayır. Bu, bizim təhlükəsizliyimizi təmin edir. Bu, bizim daim bir yerdə olduğumuzu göstərir. Bakı-Tbilisi-Ceyhan 10, 20 il üçün deyil, 100 illər üçündür. Bilin ki, Xəzər dənizində neft hələ XXII əsrədək olacaqdır. İndi görün, nə qədər vaxt üçün biz belə layihələr hazırlamışıq. Ona görə bizim bu işlərimiz, təbiidir ki, başqa işlərimiz də çox yüksək qiymətə layiqdir. Ancaq bu işlər böyük işlərdir.

Biz çalışmalıyıq ki, hər bir iş adamına, Türkiyənin iş adamına Azərbaycanda imkan yaradaq ki, gəlib iş görsünlər. Amma indi rəqabət daha da artıbdır. Əgər beş il bundan qabaq belə bir rəqabət yox idisə, indi rəqabət var. Çünki iş görmək istəyənlər çoxdur. Şərq ölkələrindən, Qərbdən gələnlər çoxdur. Azərbaycanın öz yerli iş adamları artıq yaranıbdır, onlar iş görürlər. Bu rəqabət nəticəsində iş almaq lazımdır. Mən istərdim ki, Türkiyənin iş adamları bunu da nəzərə alsınlar.

Bilirsiniz, Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı ancaq iqtisadi əlaqələrlə bağlı deyildir. Bizim dostluğumuzun, qardaşlığımızın dərin kökləri var. Bizim xalqlarımız qədimdən birdir, bəli, biz bir millət, iki dövlətik. Ona görə də bizim dərdimiz birdir, bizim sevincimiz birdir, qəmimiz, kədərimiz birdir, bayramımız birdir- hamısı birdir.

Türkiyə qüdrətli bir dövlətdir. Dünyanın böyük dövlətlərindəndir. Türkiyə demokratik dövlətdir və demokratiyanı müsəlman aləmində inkişaf etdirən ilk dövlətdir. Türkiyənin böyük iqtisadi potensialı var. Türkiyənin güclü ordusu var. Türkiyə bizim üçün dayaqdır, arxadır. Mən inanıram ki, Türkiyə bundan sonra da böyük öndər Atatürkün yolu ilə gedərək, böyük nailiyyətlər əldə edəcəkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan daim Türkiyənin yanında olacaqdır. Azərbaycan bir müstəqil dövlət kimi demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf edəcəkdir, inkişaf etmiş dövlətlər səviyyəsinə qalxacaqdır. Bu da Türkiyə-Azərbaycan dostluğunu bir-birinə daha da bağlayacaqdır. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, dönməzdir, sarsılmazdır.

Yaşasın, Türkiyə Cümhuriyyəti!

Yaşasın, türk xalqı!

\Dövlətimizin başçısı Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı\.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO