RƏSMİ XRONİKA
İstanbulun Atatürk Hava Limanında qarşılanma
İstanbul, 25 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubileyi sammitində iştirak etmək üçün iyunun 25-də Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gəlmişdir.
Dövlət bayraqları ilə bəzədilmiş Atatürk Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.