İsveç Məşğulluq Xidməti ilə təcrübə mübadiləsi aparılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri İsveç Krallığında səfərdə olub. Səfər İsveç Məşğulluq Xidmətinin fəaliyyəti ilə tanışlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi daşıyıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti İsveç Məşğuluq Xidmətinin Peşə hazırlığı, Müştəri xidmətlərinin inkişafı, Beynəlxalq tərəfdaşlıq departamentlərində, peşə hazırlığı mərkəzlərində olub.
Görüşlərdə peşə hazırlığı, karyera məsləhəti, əmək bazarının təhlili, işsiz şəxslərə göstərilən xidmətlərlə bağlı hər iki ölkənin təcrübə və mexanizmləri barədə məlumat verilib.
Dəyişən əmək bazarının yeni reallıqları, xidmətlərin rəqəmsallaşdırılması, xidmət növünün təyin olunmasında süni intellektdən istifadə məsələləri müzakirə olunub.
Peşə hazırlığını həyata keçirən müəssisələrə səfər zamanı isə mərkəzlərin təlimçi heyəti, proqramları, təlimlərin keçirildiyi emalatxana və digər maddi texniki baza ilə tanışlıq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]