İsveç vətəndaşlarını Əbu-Dabidən təxliyə etməyə hazırlaşır
Stokholm, 5 mart, AZƏRTAC
İsveç polisi ölkə vətəndaşlarının mümkün təxliyəsinə hazırlıq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə xüsusi qrup göndərib.
AZƏRTAC xəbər verir ki, qərar Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Xarici İşlər Nazirliyinin müraciətindən sonra qəbul edilib.
Polisin məlumatına görə, təxminən 200 isveçlinin evə qayıtmaq üçün köməyə ehtiyacı ola bilər. İlk növbədə, xüsusi qayğıya ehtiyacı olanlara - azyaşlı uşaqları olan ailələrə, yaşlılara və əlilliyi olan insanlara köməyin göstərilməsi planlaşdırılır.
Milli Polis Əməliyyat Şöbəsinin bir qrupu təxliyə planı hazırlayacaq və lazım olduğu müddətdə hadisə yerində qalacaq. Səlahiyyətlilər zəruri hallarda əlavə resurslar və mütəxəssislər göndərməyə hazırdır.
Polis qeyd edir ki, bu cür əməliyyatlarda əhəmiyyətli təcrübəyə malikdir.
Xatırladaq ki, 2023-cü ilin noyabrında İsveç vətəndaşları Qəzza zolağından sərhəd-keçid məntəqəsi ilə Misirə təxliyə edilib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]