RƏSMİ XRONİKA
İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava
Əlahəzrət,
İsveçin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası və İsveç Krallığı arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın və ölkələrimizin maraqlarına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 may 2013-cü il.