İtaliya Hərbi Hava Qüvvələrinin 100 illiyi ilə əlaqədar aviaşou keçirilib
Roma, 18 iyun, AZƏRTAC
Romadakı “Mario De Bernardi” aerodromunda İtaliya Hərbi Hava Qüvvələrinin 100 illiyinə həsr olunmuş aviaşou keçirilib.
AZƏRTAC xəbər verir ki, milli aerobatika komandası paytaxt səmasında ənənəvi manevrlər yerinə yetirib. Aviaşou tamaşaçılar tərəfindən maraqla izlənilib.
Tamaşaçılar, həmçinin 40-dan çox təyyarənin, o cümlədən “F-35”, “Eurofighter” və “T-346” tipli təyyarələrin və müxtəlif tematik sahələrin, eləcə də texnologiya, robototexnika və kibertəhlükəsizlik həllərinin nümayiş olunduğu sərgini ziyarət etmək, simulyatorlar və təlim sistemləri sayəsində uçuş həyəcanını yaşamaq imkanı əldə ediblər.
Tədbirin bağlanış mərasimində İtaliya Prezidenti Sercio Mattarella iştirak edib.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin 100 illiyi ilə əlaqədar il ərzində çoxsaylı tədbirlər təşkil olunacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma