IV İslam Həmrəyliyi Oyunlarını bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir
Bakı, 22 aprel, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. Əllidən çox ölkədə yayımlanacaq yarışları ümumilikdə bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında məlumat verilib.
İclasda bildirilib ki, Oyunlarda 57 ölkəni təmsil edən üç mindən çox idmançının iştirakı nəzərdə tutulur. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:24]
Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır
- 29.10.2026 [01:57]