Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyirmi iki gün dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Çində

Bakı, 19 avqust (AZƏRTAC). Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə hər il olduğu kimi, bu il də Çin Xalq Respublikasında (ÇXR) “Yay düşərgəsi - 2013” təşkil edilməsi xəbəri mənim üçün, sürpriz idi.

Zarafat deyildi, Çin dilinə böyük həvəsim, eləcə də bu qədim diyarı görmək istəyi məni arzularımın ölkəsinə aparırdı.

Yay düşərgəsində iştirak etmək üçün iyulun 12-dən avqustun 2-dək ÇXR-də olduq. Konfutsi İnstitutunun direktoru Hu Fenghuanın rəhbərlik etdiyi nümayəndə heyətində Azərbaycandan 11 nəfər vardı. Tələbələrin üstünlük təşkil etdiyi heyətdə yeganə jurnalist AZƏRTAC-ın müxbiri olaraq mən idim.

Orta məktəbdə tarix dərsində Çinə yalnız qiyabi səyahət edə bilirdimsə, qədim tarixi və mədəniyyəti olan bu ölkəni indi canlı görəcəkdim.

Uzun məsafə qət etdikdən sonra proqrama uyğun olaraq ilk səfərimiz Çinin ən böyük və ən gözəl şəhəri Şanxaya oldu. Şəhəri tez görmək, gəzmək istəyi bizə sanki yorğunluğumuzu unutdurmuşdu. Hava çox isti olduğundan burada həyat axşamlar başlanır. Şanxayın gecələri bambaşqadı. Gecələr bu meqapolisdə insan tıxacı problemi yaşanır desəm, qətiyyən səhv etmiş olmaram. Diqqətimi çəkən məqamlardan biri də axşamlar təqaüdçülərin boş vaxtlarını səmərəli keçirmək, eləcə də insanları əyləndirmək üçün küçələrdə pulsuz konsert vermələri oldu.

ÇXR-in ən böyük şəhəri olan Şanxay, eyni zamanda dünya meqapolisləri sırasında səkkizincidir. Şəhər Çinin şərq sahilində, Yantszı çayının deltasında yerləşir. Son dərəcə sıxlığın hökm sürdüyü bu şəhər ÇXR-in ən əhəmiyyətli liman şəhəridir. Çinin müasir iqtisadiyyatının qalası hesab edilən Şanxay, həm də, bu ölkənin ən vacib mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri sayılır.

Şanxayda qaldığımız 3 gün müddətində şəhərin görməli, gəzməli yerləri, o cümlədən “Şərq incisi” sayılan Şanxay Teleqülləsi ilə tanış olduq. Dünyanın ən hündür televiziya qüllələri sırasında Şanxay Teleqülləsi 4-cü yerdədir. Onun hündürlüyü 468 metrdir. Onu diametri 45 metr olan iki xarakterik sferasına görə heç bir qüllə ilə səhv salmaq mümkün deyil. Teleqüllədə yerləşən Mum Fiqurlar Muzeyi kolleksiyasının zənginliyi, təbiiliyi ilə insanı valeh edir. Muzeydə qədim Çin mədəniyyətindən nümunələr əksini tapır.

Sonrakı səfərimiz isə Anhuy əyalətinin Hefey şəhərinə oldu. Hefey tərcümədə “Fey çayının qovşağı” deməkdir. Hefey Çinin şərqində yerləşən ən qədim ticarət şəhərlərindən biridir. Şəhər hazırda yüngül sənaye, tikinti materiallarının istehsalı, toxuculuq, elektronika və s. məhsulların istehsalı üzrə sürətlə inkişaf edir.

Hefey daha çox bir sıra ali məktəbləri özündə birləşdirən şəhər kimi də məşhurdur.

“Yay düşərgəsi - 2013”ün açılışı mərasiminin bu şəhərdə keçirilməsi məhz həmin amillə bağlı idi.

Yay düşərgəsində Azərbaycan ilə yanaşı, Ukrayna və Çilidən, ümumilikdə, 50-yə yaxın tələbə iştirak edirdi.

Nəhayət “Yay düşərgəsi - 2013” açıq elan olundu.

Anhuy Universitetinin rektor və müəllim heyəti iştirakçıları salamladı və dərslərdə müvəffəqiyyətlər arzuladı.

Dərslər hər gün saat 9:00-dan 11:00-dək və 15:00-dan 17:00-dək keçirilirdi. Təlim prosesində Çin dili ilə yanaşı, bu xalqın tarixi, mədəniyyəti və mətbəxinin təbliğinə də geniş yer ayrılırdı. Dərslər universitetin təcrübəli müəllimləri tərəfindən aparılırdı.

Hefeydə özümüzü sanki Bakıda hiss edirdik. Bu şəhərin çox doğma ab-havası vardı. Hətta başqa şəhərlərə gedəndə Hefey üçün darıxırdıq. İnsanların mehribanlığı isə diqqətimizdən yayınmırdı. Hefey turistlərin çox az olduqları bir şəhərdir. Demək olar ki, şəhərdə qeyri- millətə rast gəlinmir.

İnsanlar küçədə dəfələrlə yaxınlaşıb hansı ölkədən olduğumuzu soruşurdular. Biz Çin dilində “Azərbaycanlıyıq. Siz Azərbaycan haqqında eşitmisiniz?” sualımıza isə “Əlbəttə, çox eşitmişik bu ölkə haqqında. Çox sevinirik ki, siz bizim dilimizi öyrənirsiniz” deyə fikirlərini bildirirdilər.

Proqrama uyğun olaraq, universitetdə “Dostluq birliyi” adlı tədbir keçirildi. Tədbirdə hər kəs öz ölkəsini təmsil etməli idi. Bu tədbirə çox həvəslə hazırlaşırdıq. Hər gün məşqlər edirdik. Axı, biz həm də Azərbaycanı təmsil edirdik.

Tədbir açıq elan olunduqdan sonra Çin, Ukrayna və Çilidən olan tələbələrin ifasında himnlər, mahnılar, şeirlər səsləndi.

Növbə bizə çatdı. Çox həyəcanlı idik. Artıq bir neçə gün əvvəlcədən hazırladığımız dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edəcəyimiz anı səbirsizliklə gözləyirdik. Mahnını öz dilimizdə və rus dilində təqdim etməyimiz gurultulu alqışlarla qarşılandı.

Milli rəqsimiz olan “Naz eləmə” zaldakı səssizliyi pozdu. Hər kəs maraqla və diqqətlə rəqsimizi izləyirdi. Bu məqam bizim diqqətimizdən yayınmadı. İştirakçılar bizimlə bərabər rəqsimizi alqışlarla müşayiət edirdilər. Milli rəqs ilə yanaşı, Çin dilində şeirlər, mahnılar da nümayiş olundu.

Tədbirdən sonra Azərbaycan ilə bağlı sualların ardı-arası kəsilmirdi. Hamı ölkəmizin tarixi, mədəniyyəti ilə çox maraqlanırdı. Bu, bizi çox sevindirirdi və təbii ki, biz suallara çox həvəslə cavab verirdik. Bu anda azərbaycanlı olduğumuzla bir daha fəxr etdik.

Nəhayət, sonuncu dərs günümüz yetişdi. Məşğələlərimiz çox maraqlı olduğundan heç ayrılmaq istəməsək də son dərs günündə hamının üzündən bir kədər hissi sezilirdi. Biz həm də eyni parta arxasında əyləşdiyimiz Ukrayna, Çin və Çilidən olan tələbələrlə yaxşı dostluq əlaqələri yaratmışdıq. Az müddət də olsa əziyyətimizi çəkən müəllimlər bizə uğurlar arzuladılar. Dərsdə fəal iştirak edənlər diplomlarla təltif olundular.

Dərslərdən əlavə düşərgə iştirakçılarının istirahəti də nəzərə alınırdı, onlar üçün əyləncələr, turlar təşkil olunurdu.

Belə turlardan biri də Çinin ən məşhur turist ərazisi və dağ rayonu olan Xuanşana 3 günlük səfər idi. Xuanşan - Çinin ən məşhur turizm məkanlarından biridir və UNESCO-un Dünya mədəni İrsi siyahısına daxil edilmişdir. Anhuy əyaləti Çinin şərq hissəsində yerləşən Xuanşan dağları (“Sarı dağlar”), sıx şam ağacları ilə örtülmüşdür. Xuanşan dağları 1000 metrdən yuxarı 77 pik dəniz səviyyəsindən yuxarı hesablanır. Üç ən yüksək pik: Lotosun (Lyan Xua Fen, 1864 metr) piki, İşığın (Quanmindin, 1840 metr) Piki və Göy Paytaxtının (Tyandufen, 1829 metr) Piki. Dağ dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir. Dağın zirvəsinə qalxmaq üçün piyada 10 kilometrə yaxın yol getməli olduq. Çətinliklərlə, insan tıxacı ilə, 45 dərəcə isti ilə üzləşsək də, dağın zirvəsindən füsunkar təbiət, maraqlı mənzərələrlə qarşılaşanda bu qədər yolu piyada qət etməyimizin hədər getmədiyini anladım. Dağın zirvəsindən aşağıda gözəl mənzərə açılırdı. Sanki bütün şəhər ayağımızın altında idi.

Son dayanacağımız isə Çinin paytaxtı Pekin oldu. Pekin əhalisinin sayına görə ölkədə 3-cü yerdədir. Paytaxtda qaldığımız dörd gün müddətində şəhərin ən məşhur muzeylərində, qədim ehramlarında, saraylarında olduq. Şəhər öz dəbdəbəli mağaza və restoranları, çoxsaylı park və bağları, burada keçirilən yarmarka və paradları ilə insanların ruhunu oxşayır. Pekinin dəyişkən iqlimi buraya gələnlərin diqqətindən yayınmır. Bu məkana gələrkən insan özünü nağıllar aləmində hiss edir. Burada Çin ipəyi və çay fabrikinə ziyarətimiz zamanı ipək və çay istehsalının şahidi olduq.

Pekin həm də dünyanın bahalı şəhərləri sırasındadır. Burada dünyanın məşhur brendlərinə rast gəlmək mümkündür. Lakin alış-veriş mərkəzləri axşam saat 19-dək işləyir. İnsanlar qalan saatları isə öz istirahətlərinə ayırırlar.

Dünyada məşhur olan Çin mətbəxində əsasən dəniz məhsullarına üstünlük verirlər.

Nəhayət, 22 günlük səfərimiz başa çatdı. Qədim Çindən zəngin təəssüratlarla ayrıldıq. Bu ölkədə keçirdiyimiz günləri bütün ömrüm boyu həyatımın ən xoş anları kimi xatırlayacağam.

Samirə Quliyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib