Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyirmi üç illiyini qeyd edəcək Azərbaycan Hərb Tarixi Muzeyi böyük inkişaf yolu keçib VİDEO

Bakı, 11 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb.

Cari il 23 illiyini qeyd edəcək muzey bu illər ərzində böyük inkişaf yolu keçib. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Hazırda muzey 12 zaldan ibarətdir. Bunlardan 11-i ziyarətçilərə xidmət edir. Bir zalda isə son tamamlama işləri aparılır.

Azərbaycan Hərb Tarixi Muzeyinin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynova deyir ki, muzey yaradılanda burada 200-ə yaxın eksponat var idi. Hazırda eksponatların sayı 11 minə çatır. Bunların da 6 mini ekspozisiya zallarında nümayiş olunur. Muzeyin ilk zalı qədim, erkən, orta əsrlər dövrü zalıdır. Zalda 439 eksponat saxlanılır. Zaldakı ilk 3 stenddəki eksponatlar ibtidai icma quruluşunun bütün mərhələlərini əhatə edir. Digər stendlərdə Manna-Midiya, Atropatena, Albaniya dövlətləri haqqında geniş məlumat verilir.

Muzeydə diqqəti ən çox cəlb edən eksponatlar arasında Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli də var.

Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən digər bölmə Xanlıqlar dövrü zalıdır. Burada Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilir. Zalda İrəvan xanlığının bayrağının nüsxəsini də görmək mümkündür.

Muzeyin 1801-1918-ci illərə aid eksponatların nümayiş olunduğu zalında Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stend yer alıb. Muzeyə gələnlər bu zalda Qərbi Azərbaycana həsr edilən stendlə də yaxından tanış ola bilərlər.

1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı zal muzeyin ikinci mərtəbəsində yerləşir. Bu zalda 193 eksponatla tanış olmaq mümkündür. Zalda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə ətraflı məlumat verilir.

Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur. Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri və s. nümayiş etdirilir.

Muzeyin 1920-1939-cu illər zalı Azərbaycanda hərb işinin təşkili ilə bağlıdır. Zal haqqında məlumat verən muzeyin tədqiqatçı elmi-işçisi Nuranə Nəcəfova bildirib ki, burada nümayiş olunan 206 stendin hər birində mövzuya uyğun fotolar nümayiş olunur. Zaldakı stendlər Azərbaycan SSR-nin yaradılması, həmin dövrdə ölkəmizdə hərbi təhsil, Azərbaycanın dağ-atıcı diviziyası və ordunun mühacirətdə olan zabitləri ilə bağlı məlumatlar yer alıb.

Hərbi Dəniz Qüvvələri zalının vitrinlərində “qırmızı terror”un qurbanı olmuş azərbaycanlı hərbiçilərin fotoşəkilləri, arxiv sənədləri, kitab, jurnal və qəzetlər nümayiş olunur. General Cəmşid Naxçıvanskinin şəxsi işi də diqqəti cəlb edir.

Azərbaycan İkinci Dünya müharibəsi illərində zalı muzeyin sayca 6-cı zalıdır. Zal 1939-1945-ci illəri əhatə edir. 24 stenddən ibarət zalda ümumilikdə 900 eksponat saxlanılır. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, xəritə çantası, müharibə dövründə idarə etdiyi 17 nömrəli tankın maketi də bu zalda nümayiş olunur. Burada Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü və ona məxsus əşyalar haqqında da məlumat verilir. Zalda xüsusi maraqla izlənilər əşyalar içərisində 3-cü qvardiya dəniz piyadaları briqadasının, 27-ci qvardiya atıcı diviziyasının, 34-cü xüsusi dəniz atıcılıq briqadasının və 75-ci dəniz piyadaları briqadasının bayraqlarını göstərmək olar. Zalın arxa cəbhə adlanan stendinə nəzər saldıqda, Azərbaycan xalqının müharibənin qazanılması üçün arxa cəbhədə nə qədər böyük qəhrəmanlıqlar göstərdiyinin şahidi oluruq.

Muzeydə 1946-1991-ci illər zalı Azərbaycan oğullarının İkinci Dünya müharibəsindəki hərbi fəaliyyətindən bəhs edilir. Zalda general Akim Abbasovun şəxsi işi, ona məxsus geyim nümunəsi də nümayiş olunur.

Xüsusi stenddə isə 1991-ci ildə yaradılmış Müdafiə Nazirliyi haqqında eksponatlarla tanış olmaq olar.

Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan kütləvi deportasiyası, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı zalda ayrıca stenddə məlumat verilir.

Heydər Əliyev və ordu quruculuğu zalı da maraqlı məlumatlarla zəngindir. Bu zalda 533 eksponat mühafizə olunur. Buradakı stendlərin hər biri ayrıca mövzudur. Zalda dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur.

Quru qoşunları zalında isə Azərbaycanın Milli Qəhrəmanı olan 211 şəxsə aid ayrıca stend var. Bu stendlər 1991-1993-cü, 1993-2003-cü və 2003-2010-cu illəri əhatə edir. Buraya gələnlər zalda milli qəhrəmanların fotostendinə, quru qoşunlarına aid hərbi geyimlərə, milli ordumuzun əsgərlərinə məxsus əşyalara, cəbhə bölgəsində istifadə olunan hərbi sursata böyük maraq göstərirlər.

Hava hücumundan müdafiə və hərbi hava qüvvələri zalında 221 eksponat qorunur. Eksponatlar 1910-2010-cu illəri əhatə edir. Burada “MİQ-25” və “YAK-28” tipli qırıcı-tutucu, “l-39” təlim təyyarələrinin, radiolokasiya stansiyalarının maketləri nümayiş olunur.

Hərbi Dəniz Qüvvələri zalında isə 118 eksponat sərgilənir. Zaldakı stendlərdə Hərbi Dəniz Qüvvələrinə aid geyim nümunələri, sənədlər, fotolar, rəsmlər və digər eksponatlar var. Müstəqil Azərbaycanın ilk matrosları, dövlət bayrağımızın ilk dəfə hərbi donanmada qaldırılması, Hərbi Dəniz Qüvvələrinin bayrağı, dənizçilərin istifadə etdiyi bir sıra cihazlar buraya gələn qonaqların marağına səbəb olur.

Muzeyin eksponatları bununla bitmir. Belə ki, Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnika da ziyarətçilərin ən çox maraqlandığı ekspozisiyadır.

İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankın, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın dublikatını da bu ekspozisiyada görmək olar. Quru qoşunları, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus texnikalar da çox maraqlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb