Jurnalist Həsən Əl-Yusfi: Azərbaycan beynəlxalq iqlim xəritəsində fərqlənmək qabiliyyətinə malikdir
Rabat, 21 oktyabr, Çüayib Brhadda, AZƏRTAC
Azərbaycan beynəlxalq iqlim xəritəsində fərqlənmək qabiliyyətinə malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində jurnalist, cəmiyyət və beynəlxalq məsələlər üzrə mütəxəssis Həsən Əl-Yusfi söyləyib. O deyib: “COP29 dünyanın iqlim dəyişikliyi ilə mübarizədə daha çox diqqətə və ciddi yanaşmaya ehtiyac duyduğu bir vaxtda Azərbaycanda keçirilir. Şübhəsiz ki, belə genişmiqyaslı konfransın təşkili həm texniki, həm də maliyyə imkanları tələb edir. Mövcud problemlər və onların həll yollarının hərtərəfli mənzərəsini çatdırmaq üçün yerli və beynəlxalq medianı səfərbər etməkdə Azərbaycanın təcrübəsi, şübhəsiz ki, COP29-un uğurla keçiriləcəyindən xəbər verir”.
COP29-un mühüm nəticələr əldə edəcəyinə ümidvar olduğunu bildirən jurnalist deyib: “Birincisi, biz nəhəng ölkələrdən karbon emissiyalarını azaltmaq üçün daha güclü və aydın öhdəliklər, o cümlədən əvvəlki konfranslarda razılığa gəlmiş öhdəliklərin yerinə yetirilməsini gözləyirik. Daha sonra isə inkişaf etməkdə olan ölkələri adekvat maliyyə ilə təmin etmək üçün səylər gücləndirilməlidir. Bu ölkələr iqlim dəyişikliklərinin fəsadları ilə ən çox qarşılaşan ölkələrdir.
Ekoloji cəhətdən təmiz enerjiyə keçid üçün konkret planlar işlənib hazırlanmalı, müzakirələrin və qərarların mərkəzində əsas mövzu bərpaolunan enerji olmalıdır”.

Ekoloji cəhətdən təmiz enerjiyə keçid üçün konkret planlar işlənib hazırlanmalı, müzakirələrin və qərarların mərkəzində əsas mövzu bərpaolunan enerji olmalıdır”.