Kambocada daha bir uşaqda quş qripinə yoluxma faktı təsdiq edilib
Bakı, 8 iyul, AZƏRTAC
Kambocanın cənubundakı Takeo əyalətindən olan beş yaşlı qızda H5N1 virusuna yoluxma halı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin əvvəlindən bu günə qədər quş qripinə yoluxanların sayı yeddi nəfərə çatıb.
Məlumatda qeyd edilib ki, xəstənin hazırda qızdırması var və o, iyulun 5-də virusa yoluxmuş üç yaşlı oğlanın qohumudur. Hər ikisinin Kiri Vonq rayonunun Pou kəndində eyni evdə yaşadığı bildirilib.
“Qızın xəstələnməsindən təxminən 10 gün əvvəl kənddə olan bütün toyuq və ördəklər tələf olub və xəstənin ailəsi onları qida kimi istifadə edib. Azyaşlılar virusa yoluxmuş quşlarla birbaşa təmasda olub”, - deyə məlumatda bildirilir.
Nazirlik quş qripinin hələ də insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə yaratdığını vurğulayaraq insanları xəstə və ya ölü ev quşlarını yeməməyə çağırıb.
Qeyd edək ki, H5N1 virusu son zamanlar yenidən aktivləşib. Onun simptomlarına qızdırma, öskürək, burun axması və ağır tənəffüs daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]