KANADANIN GENERAL-QUBERNATORU ZATİ-ALİLƏRİ XANIM ADRİENN KLARKSONA
Hörmətli xanım General-Qubernator, Kanadanın milli bayramı – Kanada günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Kanada arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram. Hörmətlə,Heydər Əliyev,Azərbaycan Respublikasının Prezidenti.Bakı şəhəri, 26 iyun 2003-cü il.