Keçmiş məcburi köçkün: Bu günləri görməyi çox arzulayırdım VİDEO
Bakı, 8 may, AZƏRTAC
1992-ci ildə ailəmlə ilə birlikdə doğma yurdumuzu tərk etməyə məcbur qaldıq. Həmin vaxt mənim beş yaşım var idi və uzun illər məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocavənddən olan keçmiş məcburi köçkün Anar Tahirov söyləyib.
Sakin doğma torpağa qayıdacağı günün sevincini yaşadığını vurğulayaraq, yaradılan şəraitə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. O, həmçinin Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.
A.Tahirov qeyd edib ki, uzun illərdən sonra doğma yurduna qayıdışı onun üçün olduqca həyəcanlı və qürurvericidir. “Bu günləri görməyi çox arzulayırdım. İndi doğma kəndimi yenidən görəcəyim üçün böyük sevinc hissi keçirirəm”, – deyə o bildirib.