Kempoçularımız Avropa çempionatında iki medal qazanıblar
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın kempo komandası Litvanın Kaunas şəhərində keçirilən qrapplinq üzrə Avropa çempionatında iştirak edib.
Azərbaycan Kempo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda komanda 8 idmançı ilə iştirak edib.
Kempoçulardan 17 yaşlılar arasında Toğrul İbrahimli (56 kq) və böyüklərin mübarizəsində Pərvin Hacıyev (100 kq) gümüş medala sahib olublar.
Avropa çempionatında komandaya Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda səlahiyyətli nümayəndəsi Rauf İbrahimov başçılıq edib.
Qeyd edək ki, kempoçular yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılıblar.