KƏND SAKİNLƏRİNIN PROBLEMLƏRİ ÖYRƏNİLİR
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun Xanbulan kəndində şəhər icra hakimiyyətinin rəhbərliyi ilə görüş keçirilmişdir.
Kənd sakinləri rayonda aparılan tikinti-quruculuq işlərindən razılıqlarını bildirməklə yanaşı, mövcud problemlərdən də danışmış, yeni məktəb binasının tikintisinə, Xanbulanı rayon mərkəzi ilə birləşdirən yolun asfaltlaşdırılmasına, qaz xəttinin bərpasına, elektrik dirəklərinin dəyişdirilməsinə və digər məsələlərin həllinə ehtiyacın olduğunu vurğulamışlar.
Şəhər icra hakimiyyətinin başçıı Süleyman Mikayılov regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramı qəbul edilərkən bütün məsələlərin nəzərə alınacağını, sakinləri narahat edən problemlərin həlli üçün tədbirlər görüləcəyini bildirmişdir.