KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ QRANT UDMUŞ LAYİHƏLƏR MÜƏYYƏN EDİLMİŞDİR
Bakı, 16 yanvar (AZƏRTAC). Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi II Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi çərçivəsində keçirilmiş müsabiqədə qalib gəlib qrant udmuş layihələrin adlarını aşıqlamışdır.
Qurumdan bildirmişlər ki, layihənin ümumi məqsədi fermerlərin, kiçik və ortahəcmli biznes və dəstək xidmətlərinə, o cümlədən maliyyə, məsləhət və baytarlıq xidmətlərinə çıxış imkanlarını artırmaq, kənd ərazilərinə bazar yönümlü investisiyaları stimullaşdırmaqdır.
Beş regional məsləhət mərkəzinin əhatə etdiyi bölgə və rayonlardan - Naxçıvan MR, Qazax, Cəlilabad, Lənkəran, Samux, Şəki, Şəmkir, Oğuz, İmişli, Masallı, Gədəbəy, Zaqatala, Ağcabədi və İmişli rayonlarından 26 layihə daxil olmuşdur. Qalib layihələr istehsalın keyfiyyətinin və standartlarının yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının saxlanması, kiçik emalı, təzə məhsulun sortlara, növlərə ayrılması, yığımdan sonrakı itkilərin azaldılması, kənd təsərrüfatı məhsullarının marketinqi, məhsulların qablaşdırılması, nümayişi, biznesin idarə edilməsi və ən yaxşı biznes təcrübəsi problemlərini əhatə edir. Onların arasında çiyələyin çeşidlənməsi, növlərə ayrılması və qablaşdırılmasının təkmilləşmiş üsullarının tətbiqi, xiyarın kiçik emalı və konservləşdirilməsi üçün təkmilləşmiş texnologiyanin tətbiqi, faraş tərəvəzin yetişdirilməsi, məhsulun çeşidlənməsi və qablaşdırılmasının təkmilləşmiş texnologiyasının nümayişi, balın qablaşdırılması, etiketləşdirilməsini təkmilləşdirməklə satış imkanlarının genişləndirilməsi, məhsulun yığımdan sonra idarə edilməsi, üzüm məhsulunun soyuducu kamerada saxlanılmasının təkmilləşdirilməsi və dəyərinin artırılması, tərəvəz məhsullarının konservləşdirilməsi və s. layihələr vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]