Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kestutis Yankauskas: Azərbaycan ilə Aİ arasında yeni və hərtərəfli müqavilə üzərində intensiv iş aparılır VİDEO

Kestutis Yankauskas: Azərbaycan ilə Aİ arasında yeni və hərtərəfli müqavilə üzərində intensiv iş aparılır VİDEO

Bakı, 11 noyabr, Anar Rzayev, AZƏRTAC 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycan və Aİ arasında əlaqələri necə xarakterizə edərdiniz? Sizcə, ötən 25 il ərzində bu istiqamətdə əldə olunan ən böyük nailiyyətlər hansılardır? İkitərəfli münasibətlərin perspektivlərini necə qiymətləndirirsiniz?

- Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr mövcud tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə söykənir. Ötən illər ərzində bu münasibətlər öz dinamizmi ilə fərqlənir. Biz bu münasibətlərin davamlı olmasına çalışırıq. Nailiyyətlərdən danışarkən qeyd edə bilərəm ki, bizim bir çox sahələrdə intensiv dialoqumuz mövcuddur. Bu ilin fevralından başlayaraq, yeni və daha hərtərəfli müqavilə üzərində işləyirik. Aviasiya haqqında müqavilə ilə bağlı danışıqlara yenidən başlamışıq. Eyni zamanda, əməkdaşlığa əsaslanan gələcək maliyyə layihəsi üzrə tərəfdaşlığın prioritetlərini müəyyənləşdiririk.

Bir neçə il öncə viza rejiminin asanlaşdırılması, habelə readmissiya haqqında müqavilə imzaladıq. Bu müqavilə ilə Azərbaycan vətəndaşları Avropa İttifaqına daha sərfəli və daha asan səyahət edə bilirlər. Biz "Erasmus+" proqramı çərçivəsində də əməkdaşlıq edirik. 2015-2017-ci illər ərzində 900-dən çox azərbaycanlı tələbə Aİ ölkələrində təhsildən yararlana bilib. Azərbaycan Tvinninq layihəsinin qalibidir. Tvinninq Aİ və Azərbaycanın dövlət qulluqçularını birləşdirir, idarəçilik və əməkdaşlıq sahəsində ölkənizdə islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə, təcrübə mübadiləsinə yardımçı olur. Azərbaycan əhalisinin 67 faizi əlaqələrimizin səviyyəsindən razıdır. Əməkdaşlığımızın genişləndirilməsi bir çox sahələrdə ortaq maraqlarımızdan irəli gəlir. Bu maraqlar hər iki tərəfin töhfələri ilə ortaq dəyərlərə əsaslandıqda daha praqmatik olur.

- Bəs iqtisadi əməkdaşlığı nə dərəcədə qənaətbəxş hesab edirsiniz? İqtisadiyyatın daha hansı sahələrində əməkdaşlıq imkanları var?

- Ötən illər ərzində Azərbaycan və Aİ çox güclü iqtisadi münasibətlər qurub və etibarlı tərəfdaşdırlar. Avropa İttifaqı ölkənizin ən böyük ticarət tərəfdaşı və investorudur. Bu yaxınlarda 500 iş adamının iştirakı ilə Aİ-Azərbaycan biznes forumu keçirildi. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün çox çevik fəaliyyətə başlayıb. Biz ticarətimizin də şaxələndiriləcəyinə ümid bəsləyirik. Hazırda ticarətimizin əsasını neft və qaz təşkil edir. Lakin ərzaq, kənd təsərrüfatı, kiçik və orta müəssisələrin dəstəklənməsi sahəsində də iş aparmağa ehtiyac var. Bununla da Azərbaycan məhsullarını Avropa bazarına çıxara bilərik. Biz əmək bazarı üçün daha faydalı ola biləcək peşə təlimlərinin dəstəklənməsi üzərində intensiv işləyirik.

Azərbaycan fermerləri Avropa bazarına çıxa biləcək yaxşı məhsullar yetişdirirlər. Bunun üçün ərzaq təhlükəsizliyi laboratoriyaları və daha geniş imkan yaradılmasına ehtiyac var. Həmçinin müəyyən prosedurlardan keçmək lazımdır. Eyni zamanda, təhsil sahəsində daha sıx işləyə bilərik. Bu, işsizliyin aradan qaldırılmasına və daha bacarıqlı peşə sahiblərinin yetişməsinə yardımçı ola bilər. 1800 gənc Avropanın bir çox institutlarında təcrübə mübadiləsində iştirak edib. Biz təhlükəsizlik sahəsində də əməkdaşlığı və dialoqu artırmalıyıq.

- Azərbaycan mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarına xüsusi önəm verir və son illər bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Avropa da özünün çoxmədəniyyətli cəmiyyəti ilə səciyyələnir. Bu sahədə Azərbaycan ilə Aİ arasında qarşılıqlı əməkdaşlıq imkanlarını necə görürsünüz?

- Azərbaycanın dərin köklərə əsaslanan tolerantlıq və çoxkonfessiyalı birgəyaşayış ənənələrini yüksək qiymətləndiririk. Bu yaxınlarda Brüsseldə Azərbaycanın dini liderləri ilə görüş oldu. Bizim bu sahədə əməkdaşlığı davam etdirməyə ehtiyacımız var. Ötən ay Azərbaycanda ilk dəfə Avropa Tolerantlıq Festivalı keçirildi. Əsas mövzu tolerantlıq və multikulturalizm idi. Festivalda üç mindən çox insan iştirak etdi. Gələn il Azərbaycan öz müstəqilliyinin yüz illiyini qeyd edəcək. Bununla əlaqədar keçirəcəyimiz bir çox tədbirlərdə əsas mövzulardan biri multikulturalizm və tolerantlıq olacaq.

- Bu günlərdə açılışı olan Bakı-Tiflis-Qars dəmir yolunun region, ümumilikdə Avropa üçün əhəmiyyətini ilk növbədə nədə görürsünüz?

- Bakı-Tiflis-Qars dəmiryolunun açılması Avropa, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələndirməni təmin edəcək mühüm addımdır. Aİ birmənalı olaraq bu nəqliyyat dəhlizini alqışlayır. Biz inanırıq ki, daha sıx işləməklə, daha çox investisiya ilə, logistika və ticarət imkanları ilə bu dəmiryolu Avropa ilə Asiya arasında çox vacib nəqliyyat əlaqəsini təmin edəcək. Bu, həmçinin bizim Mərkəzi Asiya strategiyamızda da dəstəklənib. Nəqliyyat əlaqəsinin genişləndirilməsi bizim hər zaman prioritetimiz olub. İnanırıq ki, bir çox sərhədləri adlayan bu mühüm əlaqə "Cənub Qaz Dəhlizi" layihəsi kimi, qədim İpək Yoluna da tam uyğundur. Rəmzi olaraq deyə bilərəm ki, çox mühüm əlaqələndirmədir. Beləliklə, Azərbaycanı Avropa İttifaqına daha sıx birləşdirəcək bu layihələr sayəsində Xəzər dənizinin enerji resursları, o cümlədən təbii qazı Avropa bazarına alternativ marşrutla çıxacaq. Bu, Avropa İttifaqının enerjinin şaxələndirilməsi strategiyasına tamamilə uyğundur.

- Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ilə bağlı mövqeyini necə şərh edərdiniz?

- Mən bu münaqişənin nə qədər ağrılı olduğunu bilirəm. Aİ ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin səylərini tam dəstəkləyir. Bu, sülh danışıqlarına əsaslanan beynəlxalq formatdır. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri tam dəstəkləyirik. Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü diqqətlə izlədik. Bu ilin sonu və gələn ilin əvvəlində həmsədrlərin və xarici işlər nazirlərinin görüşünü gözləyirik. Ümid edirik ki, nəticə əldə olunacaq.

- Söhbətimizin əvvəlində Azərbaycan ilə Aİ arasında yeni və daha hərtərəfli müqavilə üzərində iş aparıldığını qeyd etdiniz. Bu müqavilə hansı prinsiplərə əsaslanır?

- Bu, 1996-ci ildə imzalanmış tərəfdaşlıq müqaviləsini əvəzləyəcək. Danışıqlara bu ilin fevralında Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı başlanılıb. O vaxtdan bəri biz müqavilə mətninin hazırlanması üzərində intensiv işləyirik. Danışıqlar üzrə mütərəqqi inkişafı qeyd edə bilərəm. Siyasi sahədə danışıqların növbəti mərhələsi bu ayın sonunda olacaq. Qeyd etdiyim kimi, müqavilə hərtərəflidir və məzmun etibarilə çox zəngindir. Bu barədə noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində də müzakirələr aparılacaq. Biz Azərbaycanın sadiqliyini alqışlayır və sammitdə birgə bəyannamə üzərində işləyirik.

Biz 2020-ci ildə 20 prioritetimizi necə tətbiq etməyin yollarını, eləcə də nailiyyətləri araşdıracağıq. Bu, güclü iqtisadiyyat, güclü idarəçilik, güclü əlaqələndirmə və güclü cəmiyyətə əsaslanacaq. Bu, əməkdaşlığımızın artıq mövcud olan sahələridir. Biz əlaqələrimizin inkişafını ambisiyalı şəkildə dəyərləndirəcəyik. Viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlanmasını səbirsizliklə gözləyirik. İlk növbədə əmin olmalıyıq ki, asanlaşdırılmış vizaların tətbiqində kifayət qədər tərəqqi əldə etmişik.

Kestutis Yankauskas: Azərbaycan ilə Aİ arasında yeni və hərtərəfli müqavilə üzərində intensiv iş aparılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Estoniyada bahalı xarici raketləri əvəz etmək üçün pilotsuz uçuş aparatlarının istehsalına başlamaq təklif olunur

Ukraynanın Sumı vilayətinin şəhərlərində əhali təxliyə olunur

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində milli musiqi axşamı təşkil olunub

Rişi Sunak: Dünya Kubadakı raket böhranından bəri nüvə müharibəsinə daha yaxındır

Avropa İttifaqı “Booking” şirkətini xüsusi nəzarət altında olan şirkətlərin siyahısına daxil edib

Braziliya Prezidenti güclü daşqın səbəbindən Çiliyə səfərini təxirə salıb

Dövlət Departamenti: Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyirik

"Eurovision 2024"ün iştirakçısı İsveçdə mühakimə oluna bilər

Cənubi Koreya və Kuba diplomatik nümayəndəliyin açılması ilə bağlı danışıqlara başlayıb

Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq

Zelenski: Ukraynalı hərbçilər Xarkov vilayətində nəticə əldə edib

Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

Monteneqroda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə şahmat turniri keçirilib

Avropa İttifaqının bəzi ölkələri Gürcüstanın daxili işlərinə müdaxilə etmək istəyirlər

Dövlət Departamenti: Regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik VİDEO

Əziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti ola bilər

“Xarıbülbül” festivalı Laçında konsert proqramı ilə başa çatıb

"Gəncə" rusiyalı voleybolçu ilə bağlı qərarını verib

Aİ Ukrayna ilə vizasız ticarət rejimini daha bir il müddətinə uzadıb

Ölkə ərazisində hazırkı hava şəraiti: leysan və qar yağır, külək güclənib

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

ADNSU ilə Çinin Sian Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək

Bişkekdəki Heydər Əliyev adına məktəbdə Azərbaycanın Ümummilli Liderinin xatirəsi yad edilib

Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb

Xaçmazda minik avtomobilləri toqquşub, yaralılar var VİDEO

Bakıda “İslam dünyasının mədəni irsinin qorunub saxlanması” adlı konfrans keçiriləcək

Türkiyə, Azərbaycan və ŞKTC arasında parlamentlərarası əlaqələrin dərinləşdirilməsi yolları müzakirə olunub

Güzdək Bozdağı palçıq vulkanı 15 ildən sonra yenidən püskürüb VİDEO

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər

İstanbulda Dünya İslam Alimlərinin Məşvərət Toplantısı işə başlayıb

Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var VİDEO

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri mətbuata birgə açıqlama veriblər

AzTU və Milli Aviasiya Akademiyasının birgə işi ilə 2030-cu ilədək 1000 mütəxəssisin hazırlanması nəzərdə tutulur - MÜSAHİBƏ

Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır - MÜSAHİBƏ VİDEO

Zaqatalada baş verən yol qəzasında iki nəfər ölüb - YENİLƏNİB-2 VİDEO

Növbəti mövsüm Premyer Liqada komanda sayı artırılmayacaq

Azərbaycanın Milli Məclisinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinin parlamentində olublar VİDEO

Hazırda 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 müxtəlif layihə icra olunur

İrəvan Qərb siyasi texnologiyalarının poliqonuna çevrilib - RƏY

Türkiyədə axtarışda olan beş minədək cinayətkar saxlanılıb

Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə

Beynəlxalq logistika şirkətləri Xəzər və Qara dənizdən keçən Çin-Avropa qatarlarına maraq göstərirlər

“Xarıbülbül” festivalı Laçında “Sələflər və xələflər” musiqi proqram ilə davam edib

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faizədək azalıb

Avropa Parlamentinin üzvü Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb

Qobu və Hökməlinin bir hissəsinə içməli suyun verilişi dayandırılacaq

UEFA final oyunlarının hakimlərini açıqlayıb

Azərbaycan Polşada təşkil edilən tatar festivalında təmsil olunub

Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Latviya ilə ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsi müzakirə olunub

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi açılır

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Şəhid qardaşı: Bundan sonra Quzanlıdakı Şəhidlər xiyabanını ziyarət etməklə təsəlli tapacağıq

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur

Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirirlər

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şuşadan dünyaya verilən sülh və həmrəylik mesajları ŞƏRH

® “Kapital Bank”ın dəstəyi ilə “My Technology” layihəsinə start verilib

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb YENİLƏNİB

Hindistan Çabahar limanının idarəçiliyi üçün İranla razılığa gəlib

Avropa İttifaqı Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirmir

Dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təlim keçiriləcək

Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar

Dünya reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub

Azərbaycanda neft və palçıq vulkanizmi

Qəbələdə şəhid Məhəmməd Qarayevin xatirəsi anılıb

BDU-da Astana nümayəndələri ilə görüş keçirilib

Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir

Helsinkidə Ümummilli Liderin anadan olmasının 101 illiyi qeyd edilib

Müdafiə Nazirliyi hərbi hissələrdə müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir VİDEO

Birinci sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblərin adı açıqlanıb

Türk Dünyası Mediatorlar Birliyi Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlıq edəcək

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir VİDEO

Kifayət qədər yuxu yatmamaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər

III Bakı Elm Olimpiadasının finalçıları Bakı Dövlət Universitetində

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıb VİDEO

Faktiki hava: Şahdağda qar yağır

Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib VİDEO

İmişlidə fərdi evdə baş verən yanğın qısa müddətdə söndürülüb

“Şahin” hərbi-idman oyunlarının zona birincilikləri yekunlaşıb

Toğrul Əsgərov: Mariya Stadnikin Parisdə yaxşı nəticə qazanması üçün əlimizdən gələni edəcəyik

Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb

Kataloniyanın başçısı siyasətdən uzaqlaşmaq qərarına gəlib

Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır

Şimal şəfəqinin təsiredici fotoları

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 32 məktəbli respublika olimpiadalarının qalibi olub

AQTA kərə və bitki yağları ilə bağlı ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib

ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir MÜSAHİBƏ

AzMİU nəzdində liseyin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər

Avropa Parlamentinin deputatına delimitasiya sahəsində görülən işlər barədə məlumat verilib

IV və VI siniflərdə monitorinq təşkil ediləcək fənlərin adları açıqlanıb

Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol verən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib

“Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb VİDEO