“Kimyaçı” komandası “Top ustası” Futbol Festivalı layihəsi çərçivəsində keçirilən turnirin qalibi olmuşdur
Sumqayıt, 19 noyabr (AZƏRTAC). Sumqayıtda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Top ustası” Futbol Festivalı layihəsi çərçivəsində keçirilən turnir sona çatmışdır.
AZƏRTAC xəbər verir ki, finala “Favorit” və “Kimyaçı” komandaları qarşılaşmışlar. Turnirin oyundan əvvəl keçirilən bağlanış mərasimində Sumqayıt şəhərinin ayrı-ayrı idarə və müəssisələrinin nümayəndələri, “Sumqayıt” futbol klubunun oyunçuları və media təmsilçiləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rüstəm Sadıqzadə turnirin dəstəklənməsinə və yüksək səviyyədə təşkilinə görə Gənclər Fonduna və layihə rəhbərliyinə minnətdarlığını bildirmiş, bu cür layihələrin sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından əhəmiyyətini vurğulamışdır. Layihə rəhbəri Vüsal Məmmədov festival və iştirakçılar barədə məlumat verərək bildirmişdir ki, turnirdə 8 komanda iştirak etmişdir.
Gərgin mübarizə şəraitində keçən final oyununun əsas vaxtı 1-1 hesabı ilə başa çatmış, qalib penalti seriyası ilə müəyyənləşdirilmişdir. On bir metrlik zərbələri daha sərrast yerinə yetirən “Kimyaçı” komandası turnirin qalibi olmuşdur.
Oyundan sonra komandaların mükafatlandırılması mərasimi keçirilmişdir. Turnirin “Ən yaxşı oyunçusu”na isə “Sumqayıt” futbol klubunun xüsusi mükafatı təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]