KİNO SƏNƏTÇİMİZ BERLİNDƏ SƏNƏDLİ FİLMLƏRİNİ TƏQDİM ETMİŞDİR
“Filmlərlə Azərbaycana səyahət edək” devizi altında keçirilən mərasim kino sənətçimizin hazırda Almaniyada əməkdaşlıq etdiyi “İnterkontakt” yaradıcılıq birliyinin köməyi, habelə Roza Lüksemburq Fondunun dəstəyi ilə təşkil olunmuşdur. Berlin ictimaiyyətinin nümayəndələri, universitetlərin qafqazşünas alim və tələbələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanan siyasətçilər, Almaniya paytaxtındakı müxtəlif milli icmaların nümayəndələri mərasimdə iştirak etmişlər. Filmlərin nümayişindən öncə azərbaycanlı kino sənətçisini tamaşaçılara təqdim edən “İnterkontakt”ın redaktoru Anne-Marie Lorents həmyerlimizin yaradıcılığını yüksək qiymətləndirərək xüsusi vurğulamışdır ki, Azərbaycan rejissorunun filmlərinin burada göstərilməsi və onun almaniyalı həmkarları ilə yaradıcılıq əlaqələri ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafını, mədəniyyətlərin qaynayıb-qarışmasını bir daha sübut edən əlamətdar hadisədir.
Filmlərin təqdimatından sonra onların ətrafında müzakirələr olmuş, tamaşaçıların Qarabağ münaqişəsi, Xocalı faciəsi, suveren respublikamız haqqında, o cümlədən ölkəmizdəki milli azlıqlar və dini konfessiyalarla bağlı suallarına ətraflı cavablar verilmişdir.
Avqustun 4-də C.Zeynallının “İnterkontinental” studiyasında fəaliyyət göstərən beynəlmiləl qrupla birgə əməkdaşlıq çərçivəsində yaratdığı “Berlinli qadın”, “Berlin lövhələri” və “Canlı ekran” sənədli filmlərinin
təqdimat mərasimi keçiriləcəkdir.