Kir Starmer son 40 ilin ən qeyri-populyar Baş naziri seçilib
London, 17 dekabr, AZƏRTAC
Britaniyanın Baş naziri Kir Starmer “Downing Street”də keçirdiyi cəmi beş ayın sonunda 1970-ci illərin sonlarından bəri ən qeyri-populyar Baş nazir olub.
AZƏRTAC xəbər verir ki, noyabrın 27-dən dekabrın 4-dək aparılan sorğu nəticələrinə əsasən seçicilərin 61 faizi Kir Starmerin fəaliyyətindən narazıdır, cəmi 27 faizi isə razı olduğunu bildirib. Bu nəticələr Baş nazirin xalis məmnunluq reytinqini mənfi 34 səviyyəsinə endirib. “Ipsos” qeyd edir ki, bu rəqəm agentliyin Marqaret Tetçer dövründən bəri apardığı ölçmələrdə beş ay ərzində qeydə alınan ən pis nəticədir.
Kir Starmer üçün Baş nazirlik dövrünün ilk ayları çətin sınaqlarla yadda qalıb. Bu müddət ərzində onun və həyat yoldaşının pulsuz aldığı hədiyyələrlə bağlı qalmaqal, 10 milyon pensiyaçı üçün qış yanacaq ödənişinin ləğvi, vergiləri 40 milyard funt artıran büdcə xüsusilə narazılığa səbəb olub.
“Ipsos”un məlumatına görə, Qordon Broun siyahıda ikinci ən qeyri-populyar Baş nazir olub. Rişi Sunak isə 2023-cü ildə əldə etdiyi mənfi 22 xalis reytinqi ilə üçüncü yerdədir.
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [15:19]
Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır
- 31.10.2026 [15:16]
Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb
- 31.10.2026 [14:21]
Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir
- 31.10.2026 [13:03]
ABŞ-də qazma qurğularının sayı artıb
- 31.10.2026 [08:41]
“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir
- 30.10.2026 [23:00]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [22:23]
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
- 30.10.2026 [21:42]
Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
- 30.10.2026 [21:37]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:55]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
- 30.10.2026 [20:50]
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur
- 30.10.2026 [20:45]
Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub
- 30.10.2026 [20:37]
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib
- 30.10.2026 [20:24]
Bu saata olan əsas xəbərlər
- 30.10.2026 [20:00]
Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb
- 30.10.2026 [19:58]