“Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının birgə öyrənilməsi təklifi müsbət qarşılanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
İnanıram ki, bizim tələbələr və müəllimlər sizin kimi öz sahəsinin nüfuzlu alimlərindən bir çox vacib bilgilər alıblar. Əlbəttə, bu, tələbələrin mütəxəssis kimi formalaşmasına, müəllimlərin isə öz sahəsində daha da təkmilləşməsinə öz müsbət təsirini göstərəcək. Azərbaycan Dillər Universiteti geniş beynəlxalq əlaqələri olan ali təhsil ocağıdır. Bizim universitetdə 20 ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Ümid edirəm, sizin çalışdığınız Alabama Universiteti ilə də əməkdaşlığımız gələcəkdə daha sıx şəkildə davam edəcək, qarşılıqlı layihələrimizdən tələbələrimiz və müəllimlərimiz faydalana biləcəklər.
Azərbaycan Dillər Universitetindən (ADU) AZƏRTAC-a bildirilib ki, bu sözləri rektor Kamal Abdulla ABŞ-ın Alabama Universitetinin professorları Cozef Vud və Ann Bax ilə görüşündə deyib.
Akademik Kamal Abdulla qonaqlara “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının müqayisəli tədqiqi layihəsini birgə həyata keçirməyi təklif edib. Rektor bildirib ki, bu, ADU-nun və Alabama-Birmingen Universitetinin alimləri üçün yeni elmi perspektivlər açacaq.
Professorlar Cozef Vud və Ann Bax ADU-da tələbə və müəllimlərlə görüşdən məmnun olduqlarını bildiriblər. Universitetdən xoş təəssüratla ayrıldıqlarını deyən alimlər “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının birgə öyrənilməsi təklifini müsbət qarşılayıb, təmsil etdikləri universitetdə bununla bağlı məsələ qaldıracaqlarını söyləyiblər.
Görüşdə ədəbiyyatşünaslıq və linqvistikanın perspektivləri, tərcümə sənəti ilə bağlı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]