Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kitabxanada “Sən azadsan” kitabının təqdimatı və Zəfər Gününə həsr edilən tədbir təşkil olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində noyabrın 5-də kitabxananın nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi və Zəfər Gününə həsr edilən tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Sən azadsan” kitabına yazıları daxil edilən gənc şair və yazıçılar da iştirak edib.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov uzun illər işğal altında olan ərazilərimizin geri qaytarılması, ədalətin Zəfər çalması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini söyləyərək bütün tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Bu gün Zəfərini qeyd etdiyimiz Vətən müharibəsində Qələbənin qəhrəman Azərbaycan oğullarının şücaəti və Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanıldığını bildirərək Prezidentin yalnız hərb meydanında müzəffər bir sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateji mövqe nümayiş etdirərək, informasiya müharibəsində ədalətin, dürüstlüyün simvolu olaraq, cəsarətli çıxışları ilə bütün təzyiqlərə üstün gəldiyini və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdığını söylədi.

Təqdimatı keçirilən “Sən azadsan” kitabının ərsəyə gəlməsində iştirak edən hər kəsə öz dərin təşəkkürünü bildirərək, kitabın şanlı Zəfər tarixinin bir nümunəsi olduğunu, adının Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə müraciətlə dediyi “Əziz Şuşa, sən azadsan!” sözlərindən götürüldüyünü vurğulayıb.

Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər - “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi, şanlı Zəfər tarixinə həsr edilən Azərbaycan, ingilis və rus dillərində hazırlanan videomateriallar, virtual və ənənəvi sərgilər, metodiki vəsaitlər haqqında məlumat verərək, kitabxananın gələcəkdə də bu istiqamətdə öz fəaliyyətini davam etdirəcəyini söyləyib.

Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan Zəfər Gününə həsr edilən virtual sərgi nümayiş etdirilib.

Tədbirin aparıcısı, Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar kitabda poema, şeir, esse və hekayələri toplanan gənc şair və yazarlar haqqında məlumat verib. “Mən Şuşadayam” şeirinin yazılma tarixindən danışaraq, tədbir iştirakçıları üçün həmin şeiri səsləndirib.

Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq hər sətrində Azərbaycan gəncliyinin Vətənə, doğma torpağa olan sevgisindən bəhs edən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, kitabda ən geniş Şuşa reportajının onun qələminə məxsus olduğunu söyləyib. O, uzun illər davam edən Qarabağ torpağının işğalı və Şuşa itkisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışıb, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını bildirib.

Şair Səddam Laçın Vətən müharibəsi dövründə döyüş bölgələrində şahidi olduğu qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə isə xalqın bir yumruq kimi birləşməsindən, Qələbəyə qətiyyətli inam nümayiş etdirməsindən danışıb. Uzun illər istəsə də, ata yurdu olan Laçın rayonu haqda şeir yaza bilmədiyini, lakin müzəffər Azərbaycan Ordusunun xalqa yaşatdığı Qələbə sevincindən sonra nəhayət ki, “Laçın” adlı şeirini qələmə aldığını dilə gətirib və həmin şeiri tədbirdə oxuyub.

Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd uzun illər valideynlərinin dilindən eşitdiyi Şuşa xatirələrinin, Şuşa mənzərələrinin Zəfərdən sonra, ora səfər edərək canlı şahidi olmasından, Şuşada olarkən keçirdiyi hisslərdən danışıb. Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılan bu Qələbənin böyüməkdə olan nəslə bir örnək olduğunu söyləyib. Ramil Əhməd tədbir iştirakçılarına “Sən azadsan” kitabında yer alan müəllifi olduğu “Şuşa eşqi” reportajından bir parça səsləndirib.

Şair Elvin Əlizadə ata yurdu Zəngilan rayonunun Ağalı kəndində olarkən orada aparılan yenidənqurma işlərindən söz açaraq, atasına xitabən yazdığı “Zəngilan” şeirini oxuyub.

“Sən azadsan” kitabında yer alan “Ruhköçürmə stansiyası” hekayəsinin müəllifi Elmin Nuri kitabın janr və tərtibat baxımından çox nəfis hazırlanmasından, gələcəkdə də bu mövzunu əhatə edən şeirlərin, hekayə və oçerklərin ayrı-ayrılıqda toplum formasında nəşr edilməsinin vacibliyini vurğulayıb.

Vətən müharibəsi iştirakçısı Həsən Kür müharibə dönəmində şahidi olduğu xalqın, Azərbaycan oğullarının Vətən sevgisindən, qəhrəmanlıqlarından danışaraq, müharibədən sonra qələmə aldığı “Şükür” şeirini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, sözügedən kitabda Azərbaycanın şanlı Zəfər tarixi - 44 günlük müharibəyə həsr olunmuş 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanıb. Kitabın layihə rəhbəri və ideya müəllifi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, “Ön söz” müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini “525-ci qəzet”in Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan U-16 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Super Kubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: Naxçıvan Dövlət Universitetində yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Siyəzəndə restoran yanıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

“Gəncə” yerli basketbolçu transfer edib

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner

Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb

Ben Şelton “Masters” seriyalı turnirdə çıxışını başa vurub

Baş prokuror Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Ekspert: Azərbaycanda kənar dövlət maliyyə nəzarəti rəqəmsallaşdırılır

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

Onqat Avropa çempionu: İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi - MÜSAHİBƏ

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

Ötən ay əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

“Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib

“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

® “Bir”in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub

Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında elmi əməkdaşlığın perspektivləri müəyyənləşdirilib

Naxçıvan Cənubi Qafqazın gələcək regional inkişafı baxımından mühüm rol oynaya bilər

İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyə olunub

“Latsio” İtaliya Kubokunda ilk mərhələdə mübarizəni dayandırıb

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb VİDEO

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb VİDEO

Kənar Dairəvi yolda qəza olub, Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb

Bakıda axşam konsertləri davam edir VİDEO

Bakıda axşam konsertləri davam edir VİDEO

MSİM-in ədliyyə sistemində süni intellekt yanaşması beynəlxalq peşəkar müzakirədə diqqət çəkib

DİM: İxtisas seçimi ərizəsini təsdiqləyənlərin sayı 59 minə çatır

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

Üçüncü ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazananların sayı açıqlanıb

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

Portuqaliya millisinin baş məşqçisi: Azərbaycan voleybol yığmasının hücum potensialı yüksəkdir – EKSKLÜZİV

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb VİDEO

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb VİDEO

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib VİDEO

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Azərbaycan Premyer Liqasında ilk tura “Qarabağ”ın oyunu ilə yekun vurulur

Astarada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir VİDEO

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir VİDEO

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb VİDEO

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? VİDEO

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq VİDEO

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb VİDEO

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb VİDEO

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-offda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar