Kiyevdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb
Kiyev, 4 dekabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə gənc azərbaycanlı rəssam Elvira Məmmədovanın əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə E.Məmmədovanın müxtəlif janrlarda çəkdiyi 15-ə yaxın əsəri sərgilənir.
Rəsmlər yüksək rəngli kontrast və ritmik xətlərlə xarakterizə olunur, səs seçimi hissi yaradır. Sirli portretlər, danışan dağlar, göyün hərəkəti, kosmik məkanlar, bunların hamısı azərbaycanlı rəssamın çox zəngin ruhunun simfoniyasını yaradır.
Sərgi dekabrın 8-dək davam edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev