DÜNYA
Kiyevdə karantin rejimi yenidən sərtləşdirilir
Kiyev, 12 iyun, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində yoluxma halları artdığından karantin rejimi yenidən sərtləşdirilir. Bununla bağlı artıq qərar verilib və şərtlər açıqlanacaq.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada son sutkada koronavirusa 683 yoluxma faktı qeydə alınıb, 16 nəfər ölüb, 426 nəfər isə sağalıb.
Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 29 min 753 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 849 nəfərdir. Kiyev şəhərində yoluxma riski artmaqdadır, indiyədək paytaxtda 3766 nəfər koronavirusa tutulub.
Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev