Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə Şuşa şəhəri Günü və Zəfər Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Kiyev, 6 noyabr, AZƏRTAC

Kiyevdəki Səməd Vurğun adına kitabxanada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və görkəmli şuşalıların Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında roluna həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuşa şəhəri Günü və Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirin təşkilatçısı qismində Ukrayna-Türk Mərkəzi çıxış edib.

Tədbirdə çıxış edən Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Sergey Naqornyak Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin əhəmiyyətindən və ərazilərin işğaldan azad olunmasından danışıb. O qeyd edib: “Azərbaycanın suverenliyinin tam bərpası Qarabağ münaqişəsində həmişə Azərbaycan xalqının yanında olan Ukrayna üçün mühüm hadisədir. Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və düşünürəm ki, 44 günlük müharibədə qazanılan Qələbə ədalətin zəfər çalmasının çox mühüm örnəyidir. İşğaldan azad olunmuş ərazilərdə həyat canlanır, azərbaycanlılar öz yurdlarına qayıdır, o cümlədən mədəni, ədəbi proseslər bərpa edilir. Əlbəttə, bunun Ukrayna-Azərbaycan dialoquna da təsiri var. Ukraynanın Şuşa şəhəri ilə əlaqələri, görkəmli şuşalıların Ukrayna dövlətinin - Ukrayna Xalq Respublikasının ictimai həyatında rolu barədə informasiyaları fəal yaymaq lazımdır. Mədəni yaddaş ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirir və yeni dialoq imkanlarını genişləndirir”.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyətindən, bu şəhərin qədim tarixindən, həmçinin onun şöhrətinin mənbəyi olan mədəniyyətindən ətraflı bəhs edib. Diplomatımız deyib: “Şuşa ilə bağlı bugünkü tədbirimiz müasir Azərbaycan tarixində mühüm hadisə - noyabrın 8-də bayram edəcəyimiz Azərbaycanın Zəfər Günü ərəfəsində keçirilir. Məhz 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Silahlı Qüvvələri Şuşa şəhərini təxminən 30 illik erməni işğalından azad edib. Şuşanın azad olunması Ermənistanın kapitulyasiyasında həlledici rol oynayıb. Sual verə bilərsiniz ki, Şuşanın Azərbaycan üçün bu dərəcədə əhəmiyyətli olması və Azərbaycan xalqı üçün bu qədər əziz olmasının səbəbi nədir? Şuşa tarixən və ənənəvi olaraq daim Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinin beşiyi olub. Şuşa hər bir azərbaycanlı üçün mənəvi ilham mənbəyidir. Təsadüfi deyil ki, azad edilməsindən az bir müddət sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Həmçinin Azərbaycan Prezidenti bu şəhərin 270 illiyini qeyd etdiyimiz 2022-ci ili “Şuşa İli” elan edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Şuşanı 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edib. Bu faktlar Şuşanın təkcə Azərbaycan tarixi və mədəniyyəti deyil, həm də bütün Türk sivilizasiyası üçün əhəmiyyətini göstərir”.

Azərbaycan tarixini tədqiq edən tanınmış ukraynalı tarixçi, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin yeni və ən yeni tarix kafedrasının dosenti Oleq Kupçik ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynamış görkəmli şuşalılar - Azərbaycan Xalq Cümhuriyyətinin Ukrayna Dövlətində birinci səfiri Yusif Vəzir Çəmənzəminli və Cümhuriyyətin Ukraynada ilk diplomatik nümayəndəsi Cəlil Sadıxov haqqında danışıb. Onun sözlərinə görə, Ukraynada ötən əsrin əvvəlində Qarabağ və Şuşa haqqında məlumatlar var idi, çünki həmin dövrdə yüzlərlə azərbaycanlı tələbə Kiyev, Xarkov, Odessa və başqa şəhərlərdə təhsil alırdı.

Tədbirin bədii hissəsində tanınmış virtuoz musiqiçi, Taras Şevçenko adına Ukrayna milli mükafatı laureatı, “Xoreya Kozatska” qrupunun iştirakçısı Maksım Berejnyuk Azərbaycanın balaban musiqi alətində “Sən gəlməz oldun” melodiyasını, ney musiqi alətində “Qaladan qalaya” mahnısının musiqisini, Ukrayna musiqi aləti sopilkada “Üçtelli durna” mahnısının musiqisini ifa edib. Bandura ifaçısı Marına Vişnevskaya isə Ukrayna xalq musiqi aləti bandurada “Sarı gəlin” mahnısının musiqisini və Fikrət Əmirovun “Noktürn” əsərini ifa edib.

Tədbirin moderatoru, Ukrayna-Türk layihələrinin kuratoru Marına Qonçaruk Şuşa şəhərinin mədəniyyətin və incəsənətin inkişafında rolu, həmçinin görkəmli şuşalıların Azərbaycanda ictimai-siyasi sektorda və diplomatiya sahəsində tərəqqiyə verdiyi töhfələr haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçılarına Qarabağ xanlığının vəziri, görkəmli şair Molla Pənah Vaqifin Azərbaycanın tarixi və mədəniyyətində rolu barədə söhbət açılıb. Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Anna Vityaz və gənc fəal Roman Popov Molla Pənah Vaqifin Ukrayna dilinə tərcümə edilmiş, Azərbaycan gənclərinin təmsilçisi Emil Musayev isə Azərbaycan dilində orijinal variantda şeirlərini təqdim ediblər.

Sonra tədbir iştirakçılarına Şuşada keçirilən və Ukrayna nümayəndələrinin də iştirak etdikləri “Xarıbülbül” festivalı haqqında videoçarx göstərilib.

Kiyevdəki Səməd Vurğun adına kitabxananın müdiri Larisa Komarova yekun sözü ilə çıxış edərək rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin Ukrayna-Azərbaycan dialoqunda rolundan danışıb və yeni tədbirlərin keçirilməsi üzrə gələcək əməkdaşlığa dəvət edib. Qonaqlar üçün, həmçinin Şuşa haqqında ədəbiyyat sərgisi də təşkil olunub.

Tədbirdə Qırğızıstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri İdris Kadırkulov, Qazaxıstanın Ukraynadakı müvəqqəti işlər vəkili Aslan Alibekov, diplomatlar, alimlər, şairlər, Kiyev universitetlərinin tələbələri iştirak ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Kiyevdə Şuşa şəhəri Günü və Zəfər Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO