Azərbaycan Dövlət İnformasiya Agentliyi

Klasterləşmə: sahibkarlar üçün imkanlar və perspektivlər – MÜSAHİBƏ

Bakı, 17 aprel, AZƏRTAC

KOB klaster şirkəti 7 il müddətinə mənfəət, torpaqlara görə torpaq və əmlak vergisindən, eyni zamanda, istehsal və emal məqsədləri üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterinin iştirakçısı olan şəxs 7 il müddətində təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur. Bu fikirlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Strateji inkişaf və innovasiyalar departamentinin müdir müavini Altun Yasinlinin müsahibəsində yer alıb. AZƏRTAC müsahibəni təqdim edir.

- Klasterləşmə nədir və sahibkarlar üçün hansı imkanlar yaradır?

- KOB klaster – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının birləşdiyi ekosistemdir. Bu ekosistem klaster daxilində əməkdaşlıq nəticəsində xərclərin optimallaşdırılmasına və istehsalın səmərəliliyinin artmasına səbəb olur. Eyni zamanda, KOB klaster modeli müəssisələrarası sinerjini, resursların birgə istifadəsini və innovasiyaların mübadiləsini gücləndirərək ümumi məhsuldarlığı artırır və sözügedən müəssisələrin rəqabət qabiliyyətinin inkişafını təmin edir.

- Klasterləşmə ilə bağlı ölkəmizdə hansı dövlət dəstəyi və güzəştlər var?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən azad olunur. Eyni zamanda, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB klasterinin funksional xəritəsinin və maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOB klasterinin iştirakçısının tapılmasına müvafiq dəstək göstərilir.

- “KOB klaster şəhadətnaməsi”ni əldə etmək üçün şərtlər və lazım olan sənədlər nədən ibarətdir?

- Müvafiq qanunvericiliyə əsasən ilkin olaraq yaradılacaq KOB klaster çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi tələb olunur. Burada məqsəd klasterin inkişafında yerli istehsalın və KOB subyektlərinin rolunun artırılmasıdır.

Eyni zamanda, Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması və ya qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi “KOB klaster şirkəti”nin əsas meyarlarındandır.

Həmçinin ölkə regionlarının investisiya potensialına uyğun olaraq “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi müəyyən edilib.

“KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. “KOB klaster şirkəti”nin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı və ya elektron formada KOBİA-ya müraciət etməlidir. KOB klasterin iştirakçısı olmaq istəyən KOB-lar isə klaster şirkəti ilə müqavilə bağlamalı və KOBİA-ya müraciət etməlidir. KOB klaster iştirakçılarına təqdim edilən şəhadətnamələr klaster iştirakçısı statusunu təsdiq edir və onlar da güzəştlərdən yararlanır. Klasterləşmə, KOB klasterin yaradılmasına dövlət dəstəyi, güzəştlər, KOB klaster şirkəti və onun iştirakçısı şəhadətnamələrini almaq üçün lazım olan sənədlər barədə məlumatı sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edərək öyrənə bilərlər.

- Klasterləşmədən mikrosahibkarlar necə faydalana bilər?

- Mikrosahibkarlar klaster daxilində tədarükçü, xidmət göstərən və ya logistika tərəfdaşı kimi iştirak edə bilərlər. Bu onların stabil sifariş portfeli əldə etməsinə kömək edir. Eyni zamanda klaster vasitəsilə daha böyük bazara çıxış əldə edir. Birgə marketinq fəaliyyəti məhsulların tanıdılmasını asanlaşdırır. Həmçinin ortaq infrastrukturdan istifadə xərcləri azaldır. Bu model mikrosahibkarların sürətlə böyüməsinə əlverişli şərait yaradır.

 

- Hansı sektorlarda klasterlərin yaradılması səmərəli olar?

- KOBİA tərəfindən ölkəmizin iqtisadi rayonları üzrə malik olduqları təbii resurslar və ixtisaslaşmış istehsal potensialları əsas götürülərək KOB klaster potensialının müəyyənləşdirilməsi üçün müvafiq araşdırma aparılıb. Araşdırma göstərir ki, ölkəmizdə aqrar emal, turizm, tullantıların təkrar emalı sahələrində KOB klasterlərin yaradılması daha səmərəlidir.

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hansı sahələrdə klasterlər qurmaq olar?

- Bu iqtisadi rayonlarda aqrar emal yönümlü klasterlərin yaradılması üçün böyük potensial var. Eyni zamanda turizm və hotelçilik sahəsində klaster modeli regionun iqtisadi dirçəlişinə töhfə verə bilər.

- Azərbaycanda mövcud KOB klaster şirkətləri barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

- Azərbaycanda artıq iki şirkətə “KOB klaster şəhadətnaməsi” verilib. İlk KOB klaster şirkəti “Frutena KOB klaster şirkəti” MMC-dir və həmin şirkət Qubada təbii meyvə konsentratı istehsal edəcək. Zavod 4 hektar ərazidə yerləşir. Burada illik 4 min ton alma konsentratının istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün nəzərdə tutulan 15 milyon manat investisiyanın 80 faizi artıq zavodun fəaliyyətə başlaması üçün sərf olunub. Layihə çərçivəsində ilkin mərhələdə 50 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Burada tikinti-quraşdırma işləri artıq yekunlaşmaqda və avadanlıqların quraşdırılması işləri aparılmaqdadır.

Sumqayıtda fəaliyyət göstərəcək “Naturaoil KOB klaster şirkəti” MMC isə nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaq. Layihə çərçivəsində sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə 5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur. İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması planlaşdırılır.

Hər iki KOB klaster şirkətinin fəaliyyəti nəticəsində KOB-larla əməkdaşlıq və birgə fəaliyyət idxalın azalmasına, rəqabətqabiliyyətli məhsulların istehsalının genişlənməsinə, eyni zamanda ixrac imkanlarının artmasına töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb