Azərbaycan Dövlət İnformasiya Agentliyi

KLIVLEND KLINIKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI

AZƏRTAC-ın Vaşinqton müxbiri xəbər verir ki, sentyabr ayının 12-də Amerikanın Klivlend Klinikası mətbuat üçün məlumat yaymışdır. Aşağıda məlumatın mətni verilir.

KLIVLEND KLINIKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI

12 sentyabr, 2003-cü il

Klivlend Klinikasında Prezident Əliyevin səhhətinin durumu sabitdir.

Klivlend Klinikası həkimlərinin bu gün bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səhhətinin durumu sabitdir və o, ürək çatışmazlığı ilə bağlı aldığı müalicəyə yaxşı reakisya göstərməkdə davam edir.

Həkimlərin sözlərinə görə, prezidentin səhhəti ötən ay xəstəxanaya gəldiyi dövrdən bəri yaxşılaşmışdır. Azərbaycana dönmək üçün hazırlıq kimi, prezident indi reabilitasiya və fiziki terapiya kursu keçməkdədir.

***

PREZİDENT HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN İQTİSADİ YÜKSƏLİŞİNƏ, XALQIMIZIN FİRAVANLIĞININ TƏMİN OLUNMASINA YÖNƏLDİLMİŞ SİYASƏTİNİN DAHA BİR BƏHRƏSİ

XAÇMAZDA “QAFQAZ“ KONSERV ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Sentyabrın 12-də Xaçmazda “Qafqaz” konserv zavodunun təntənəli açılışı mərasimi olmuşdur.

Azərbaycanın Baş naziri İlham Əliyev mərasimdə iştirak etmişdir.

Zavodun həyətinə toplaşan minlərlə rayon sakini, ictimaiyyətin nümayəndələri, müəssisənin işçiləri Baş naziri hərarətli alqışlarla, gül-çiçəklə qarşıladılar.

Zavodun binası üzərindən Azərbaycanın dövlət bayrağı, Prezident Heydər Əliyevin portretləri asılmışdı. Dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəkləyən sözlər yazılmış şüarlar diqqəti cəlb edirdi.

Müəssisənin açılışı münasibətilə qurban kəsildi. Baş nazir İlham Əliyev zavodun açılışını bildirən qırmızı lenti kəsdi, bu müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Türkiyənin “Azərsun Holdinq” Şirkətlər Qrupu tərəfindən 14 milyon dollar sərmayə qoyularaq inşa olunan, Almaniya və İtaliyadan gətirilmiş ən müasir avadanlıqla təchiz edilən zavodda çalışan 200-ə yaxın işçinin 90 faizi Azərbaycan vətəndaşıdır. Gələcəkdə bu rəqəm 350-yə çatdırılacaqdır. Burada buraxılacaq müxtəlif növ konserv məhsulları yerli bazarı təmin etməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır.

Baş nazir İlham Əliyev zavodun sexlərini gəzdi, istehsal prosesləri, məhsulun keyfiyyətini yoxlayan laboratoriyanın işi ilə tanış oldu.

X X X

Zavodla tanışlıqdan sonra Baş nazir İlham Əliyev türk iş adamları ilə görüşdü, onların problemləri ilə maraqlandı.

Dost ölkənin iş adamları ölkəmizdə onlara yaradılan şəraitdən razılıqla danışdılar, gələcəkdə özəl sektorun inkişafı naminə yeni istehsal müəssisələrinin yaradılacağını, sərmayələrin həcminin artırılacağını bildirdilər.

Baş nazir Azərbaycanda fəaliyyət göstərən bütün iş adamlarına dövlət və hökumət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğuladı.

X X X

Sonra zavodun istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Hüseynov, “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl, iqtisadi inkişaf naziri Fərhad Əliyev, zavodun işçisi Fərqanə Bayramova mərasimdə çıxış etdilər. Natiqlər İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik etdilər, müdrik dövlət xadimi Heydər Əliyevin siyasi xəttinin həyata keçirilməsində ona uğurlar arzuladılar.

Çıxış edənlər vurğuladılar ki, son illər respublikamızın hər bir guşəsində, o cümlədən Xaçmaz rayonunda böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Yeni istehsal müəssisələri, sosial obyektlər, məktəblər, səhiyyə və mədəniyyət ocaqları istifadəyə verilir. Əhalinin yaşayış səviyyəsi get-gedə yaxşılaşır. Ölkə həyatının bütün sahələrində uğurlu islahatlar həyata keçirilir. Bütün bunlar yalnız və yalnız Prezident Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gərgin və fədakar əməyinin məntiqi yekunudur. Məhz onun müdrik xarici siyasəti nəticəsində Azərbaycan artıq dünya birliyində özünəməxsus yerini tutmuş, sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən ölkə kimi tanınmışdır. Ona görə də, dünyanın ən qabaqcıl ölkələrinin iri şirkətləri inamla respublikamıza sərmayə qoyurlar.

“Qafqaz” konserv zavodunun istifadəyə verilməsi də Prezident Heydər Əliyev tərəfindən respublikada sahibkarlığın inkişafına yaradılmış azad şəraitin bəhrəsi kimi qiymətləndirildi. Bildirildi ki, bu emal müəssisəsi rayon əhalisi üçün yeni iş yerləri açmaqla bərabər, bölgədə yetişdirilən bol tərəvəz məhsulundan səmərəli istifadə edilməsinə şərait yaradacaqdır.

Kənd təsərrüfatı rayonlarından olan Xaçmaz respublikamızın rəhbərinin diqqət və qayğısını daim hiss etmişdir. Heydər Əliyev 1981-1983 və 1998-ci illərdə bu rayonda olmuşdur və xaçmazlılar əziz Prezidentimizin buraya növbəti gəlişini böyük səbirsizliklə gözləyirlər.

Xaçmazda görülən işlər yüksək qiymətləndirildi və bildirildi ki, son bir ildə rayona 30 milyon ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur. “Qafqaz” konserv zavodunun da fəaliyyətə başlaması 1993-cü ildən etibarən ölkəmizdə həyata keçirilən müdrik sosial-iqtisadi inkişaf strategiyasının konkret bəhrəsidir.

Natiqlər daha sonra vurğuladılar ki, İlham Əliyevin son illərdəki fəaliyyəti təkcə Azərbaycan cəmiyyətində deyil, həm də beynəlxalq miqyasda diqqət mərkəzindədir. Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü kimi çoxşaxəli fəaliyyəti ona xalq arasında böyük nüfuz və etimad qazandırmışdır.

Mərasimdə çıxış edənlər Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yerli və xarici iş adamları ilə keçirilmiş görüşləri, bunların yekunu olaraq çox əhəmiyyətli qərarlar qəbul edilməsini, rayonlarda sahibkarlığın inkişafına dövlət qayğısının nümunəsi kimi kənd təsərrüfatı məhsulları istehsalının vergilərdən azad olunmasını, regionlar üçün mənfəət vergisinin əhəmiyyətli dərəcədə azaldılmasını, dövlət təminatlı infrastruktur layihələrinin əsasən rayonlarda həyata keçirilməsini, mikrokreditlərin verilməsini də xatırlatdılar.

Belə bir məqam da vurğulandı ki, Baş nazir İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı aparılmış səmərəli danışıqlar gələcəkdə türk iş adamları tərəfindən ölkəmizə sərmayə qoyuluşunun daha da artmasına təkan verəcəkdir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin sosial rifahının yaxşılaşmasına kömək olacaqdır.

Cəmiyyətdə baş verən prosesləri düzgün qiymətləndirməyi bacaran xaçmazlılar ölkədəki mövcud sabitliyin, inkişafın qədrini yaxşı bilirlər. 1992-93-cü illərin fəlakətlərini indi də xatırlayan xaçmazlılar o günlərin bir daha təkrarlanmaması, Azərbaycanın inkişaf yolu ilə uğurla irəliləməsi naminə qarşıdakı prezident seçkilərində fəal iştirak edəcəklərini, xalqımızın işıqlı gələcəyinə səs verəcəklərini bildirdilər.

X X X

Sonra Azərbaycanın Baş naziri İlham Əliyev çıxış etdi.

***

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN -Əziz xaçmazlılar!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Azərbaycanın gözəl guşəsində, Xaçmaz rayonunda yeni, müasir, bütün beynəlxalq standartlara cavab verən “Qafqaz” konserv zavodu açılır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

“Qafqaz” konserv zavodunun açılışı və istifadəyə verilməsi Azərbaycanda son illər ərzində Prezident Heydər Əliyevin rəhbərliyi altında aparılan iqtisadi siyasətin daha bir bəhrəsidir. Bu siyasətin nəticəsində Azərbaycana qısa müddət ərzində böyük həcmdə sərmayə qoyulub, iqtisadi islahatlar aparılır, özəlləşdirmə prosesi uğurla davam edir. Bu siyasət Azərbaycana imkan verib ki, qısa müddət ərzində iqtisadi cəhətdən güclənsin, möhkəm iqtisadi potensial yarada bilsin.

Həqiqətən, bu zavod çox nəhəng bir emal sənayesi müəssisəsidir. Bu, bütün beynəlxalq standartlara cavab verən bir müəssisədir. Burada quraşdırılan avadanlıq dünyanın aparıcı ölkələrindən gətirilibdir.

Son illər ərzində Azərbaycanda çox işlər dünya standartları səviyyəsində qurulur. Ölkəmiz yeniləşir, müasirləşir, inkişaf edir. Məni çox sevindirən hal odur ki, bu müəssisə Xaçmaz rayonunda tikilibdir. Bir müddət bundan əvvəl onun tikilməsi haqqında söhbət başlayanda, təbii ki, cənab Prezidentə müraciət edildi və xahiş olundu, öz məsləhətini versin ki, bu müəssisə Azərbaycanın hansı bölgəsində yaradılsın. Yaxşı xatırlayıram, cənab Prezident tərəddüd etmədən dedi ki, bu müəssisə məhz Xaçmaz rayonunda tikilsin. Bu, bir daha onu göstərir ki, cənab Prezidentin Xaçmaz rayonuna, xaçmazlılara böyük hörməti və ehtiramı var və zavodun tikilməsi üçün Xaçmaz rayonunu seçməsi bunu bir daha sübut edir.

Bu müəssisədə yeni iş yerləri açılır. Təxminən 17 minə yaxın kəndli öz məhsulunu bu zavoda təhvil verib pulunu alacaqdır. Bu, kəndliləri böyük problemlərdən azad edir. Təkçə Xaçmazda olan kəndlərdən söhbət getmir. Qonşu rayonlardan da buraya məhsul gətiriləcək və beləliklə, Azərbaycanın bu bölgəsi yaxşı inkişaf edəcəkdir. Ümumiyyətlə, bu, bölgə üçün, bölgədə gedən iqtisadi inkişaf üçün gözəl bir təkan olacaqdır. Əminəm ki, yaxın gələcəkdə bu zavodun fəaliyyəti nəticəsində minlərlə insan öz rifahını yaxşılaşdıracaqdır.

Müəssisənin önəmli cəhətlərindən biri ondadır ki, dediyim kimi, burada yeni iş yerləri açılır. Eyni zamanda, müəssisənin açılışı onu göstərir ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyulur, qeyri-neft sektoruna sərmayə qoyulur. Həm də bu, onu göstərir ki, Azərbaycanda sahibkarlara dövlət tərəfindən qayğı var, diqqət var. Əgər bu olmasaydı, yəqin ki, sahibkarlar Azərbaycana sərmayə qoymazdılar. Bütün bu sadaladığım məsələlər Heydər Əliyevin siyasətinin nəticələridir.

Azərbaycanda neft sektoru inkişaf edir. Amma biz maraqlıyıq və istəyirik ki, qeyri-neft sektoru inkişaf etsin. Sahibkarlığa kömək məqsədi ilə böyük tədbirlər planı həyata keçirilir. İqtisadi inkişaf naziri bu barədə məlumat verdi. Bu da öz əksini burada tapır. Sərmayə qoyuluşu baxımından Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerlərdə gedir. Ölkəmizə böyük həcmdə sərmayə qoyulur. Yəni, bu zavodda, bu müəssisədə görülən işlər yalnız və yalnız ümumi siyasət çərçivəsində mümkün ola bilərdi.

Yeni iş yerlərinin açılması bizim qarşımızda duran ən əsas məsələlərdən biridir. Azərbaycanda son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə olunubdur. Xüsusilə də neft sektorunda. Deyə bilərəm ki, neft sektorunda son 7-8 il ərzində on minlərlə yeni iş yerləri açılıbdır. Orada gözəl təcrübə var. Hesab edirəm ki, bizim hökumət bu təcrübədən çox səmərəli istifadə edərək, qeyri-neft sektoruna da eyni mövqedən yanaşacaq və orada yeni iş yerləri açılacaqdır.

Zavodun istehsal edəcəyi məhsul daxili bazarda istehlak olunacaqdır. Həm zavodda çalışanlar maaş alacaq, buraya məhsul təhvil verənlər pulunu alacaqlar, həm də satışdan əldə olunan gəlirlərdən də büdcəyə vergilər ödəniləcəkdir. Bu, çox mühüm haldır. Hökumətin məqsədi ondan ibarətdir ki, biz idxalı imkan daxilində azaldaq və daxili bazarı yerli məhsullarla, Azərbaycanda istehsal olunmuş məhsullarla təmin edək. Hesab edirəm, bu təcrübə başqa sahələrdə də tətbiq oluna bilər.

İdxalın azalması bütün başqa sahələrə də öz təsirini göstərəcəkdir. Çünki Azərbaycan güclənir, inkişaf edir. Azərbaycanın iqtisadi potensialı möhkəmlənir. Əlbəttə, biz çox istəyirik ki, daxili bazarı yerli istehsalçılar təmin etsinlər. Bu istiqamətdə hökumət tərəfindən işlər görülür. Əminəm ki, gələcəkdə də bu sahəyə böyük bir diqqət göstəriləcəkdir.

Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyat çox müsbət istiqamətdə inkişaf edir. Bütün göstəricilər onu göstərir ki, Azərbaycan qısa bir müddət ərzində öz iqtisadiyyatını möhkəmləndirə bilibdir. Sərmayə qoyuluşu baxımından, inflyasiyanın səviyyəsi baxımından, ümumi daxili məhsulun səviyyəsi baxımından biz bir çox ölkələri geridə qoymuşuq və bu ənənə davam edir. Azərbaycanı gələcəkdə gözəl perspektivlər gözləyir. O perspektivlərin təməli 9 il bundan əvvəl, sentyabrın 20-də qoyulubdur. Heydər Əliyevin neft strategiyasının təməli həmin gün, birinci neft müqaviləsinin imzalanması ilə qoyulubdur. Bu neft müqaviləsi və ondan sonrakı hadisələr Azərbaycana nə veribdir?! Onu verib ki, ölkəyə 10 milyard dollardan çox sərmayə qoyulubdur. Onu verib ki, Azərbaycan öz neftini dünya bazarlarına çıxarır və ondan gəlir əldə edir. Onu verib ki, Azərbaycanda neft kəmərləri tikilir və xüsusilə Bakı-Ceyhan kimi nəhəng, irimiqyaslı neft kəməri artıq tikilməkdədir və 2005-ci ildə biz onun açılışını qeyd edəcəyik.

Bütün bu amillər imkan verib ki, Azərbaycan böyük bir valyuta ehtiyatı yarada bilsin. Bu məqsədlə Neft Fondu yaradılıbdır. Bu Fond müxtəlif sahələrə kömək göstərməyə imkan verir. Məhz Neft Fondunun vəsaiti hesabına cənab Prezidentin Fərmanı ilə böyük qrup insanların maaşları qaldırıldı, təqaüdlər artırıldı. Məhz Neft Fondunun fəaliyyəti və orada yığılan vəsait sayəsində biz Ermənistanın işğalından əziyyət çəkən, öz torpaqlarından didərgin düşmüş qaçqın-köçkünlərə kömək göstəririk. Çadır şəhərcikləri ləğv edilir, əvəzində yeni evlər, qəsəbələr, şəhərciklər salınır. Deyə bilərəm ki, qısa bir müddət ərzində cənab Prezident Heydər Əliyevin göstərişi ilə 30 mindən çox qaçqın və məcburi köçkün yeni müasir evlərə köçürülübdür. Onlar bütün lazımi infrastrukturla təmin olunublar.

Budur, Heydər Əliyevin neft strategiyası və onun nəticələri. Bu proses bundan sonra da davam edəcəkdir. 2005-ci ildən sonra, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycana daha böyük həcmdə valyuta gələcəkdir. Bu da öz növbəsində imkan verəcək ki, insanlarımız daha da yaxşı yaşasınlar. 2008-ci ildən sonra isə təkcə Azərbaycanın neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin xəzinəsinə milyardlarla dollar daxil olacaqdır. O vəsaitlə Azərbaycanı yenidən qurmaq mümkün olacaqdır. O vəsaitlə yeni fabriklər, zavodlar, yollar, xəstəxanalar, təhsil ocaqları, digər infrastruktur yaradılacaqdır. Bütün bunlar olacaq və mütləq olacaqdır. Bu, artıq özünü göstərir.

Azərbaycanda son dövrdə görülən işlər böyük nəticələr verir. Ölkədə canlanma gedir, iqtisadiyyat, o cümlədən özəl sektor inkişaf edir. “Qafqaz” konserv zavodu kimi nəhəng müəssisələr yaradılır. Bir daha deyirəm ki, bütün bunlar Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu siyasət gələcəkdə də davam edəcəkdir. Cənab Prezident yaxın günlərdə öz sağlamlığını tam bərpa edib Vətənə dönəcək və uzun-uzun illər Azərbaycana rəhbərlik edəcəkdir. Azərbaycan xalqının məhəbbəti, inamı, hörməti, duaları ona kömək edəcək və o, bizimlə bir yerdə olacaqdır.

Bu ilin oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edəcəkdir. 1993-cü ildə Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət edəndən sonra xalqımız bir daha gördü ki, çox düzgün və müdrik addım atmışdır. O vaxt yaranan vəziyyətin qarşısını almağa, Azərbaycanı vətəndaş müharibəsindən xilas etməyə, müharibəni dayandırmağa, iqtisadi inkişafa nail olmağa yalnız bir adam - Heydər Əliyev qadir idi və o, bunu etdi. Azərbaycanı inkişaf etdirdi. Əminəm ki, oktyabrın 15-də Azərbaycan xalqı yenidən öz müdrikliyini göstərərək, Heydər Əliyevə, onun siyasətinə səs verəcəkdir.

Əziz dostlar!

Əziz xaçmazlılar!

Mən Xaçmaz rayonunda dəfələrlə olmuşam. Hər dəfə buraya gələndə məndə çox xoş təəssürat yaranır. Hər dəfə buraya gələndə getmək istəmirəm, sizinlə bir yerdə olmaq istəyirəm. Xaçmaz Azərbaycanın gözəl guşəsidir. Burada yaşayanlar gözəl, zəhmətkeş, vətənpərvər insanlardır. Azərbaycanın müstəqilliyini gücləndirən insanlardır. Mən çox şadam ki, bu gün sizinlə bir yerdəyəm, bu sevinci sizinlə bölüşürəm. Əminəm ki, bundan sonra da biz daim bir yerdə olacağıq. Bundan sonra da xaçmazlılar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin iqtisadi inkişafının təmin olunmasında fəal iştirak edəcəklər. Sizi bu gözəl müəssisənin açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizi öpürəm, qucaqlayıram, bağrıma basıram, hamınıza xoşbəxtlik, cansağlığı və səadət arzulayıram. Sağ olun.

X X X

“Azərsun Holdinq” Şirkətlər Qrupunun vitse-prezidenti YUNİS ARİFOĞLU vaxt ayırıb buraya gəldiyinə, dəyərli və məzmunlu çıxışına, sahibkarlara, özəl sektorun inkişafına göstərilən diqqətə görə Baş nazir İlham Əliyevə təşəkkür etdi.

X X X

Sonra Baş nazir İLHAM ƏLİYEV jurnalistlərin suallarına cavab verdi.

SUAL: İlham müəllim, zavodu gəzdiniz, nəticədən razı qaldınızmı?

CAVAB: Əlbəttə, çox razı qaldım. Nəhəng bir müəssisədir. Çox sevindirici haldır ki, Azərbaycanın bölgələrində belə müəssisələr yaradılır. Bu, onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə inam var. Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadiyyatı inkişaf edir. Biz çox istəyirik və hökumətin də məqsədi budur ki, Azərbaycanın müxtəlif bölgələrində emal müəssisələri yaradılsın. Əlbəttə, hesab edirəm, bu müəssisə başqaları üçün örnək olacaqdır. Burada yüksək səviyyədə məhsul istehsal olunacaqdır. Müəssisədə ən müasir standartlar tətbiq olunur. Belə zavodun Azərbaycanda tikilməsi onu göstərir ki, ölkəmiz inkişaf edir, yaşayır. Mən gələcəkdə başqa yerlərdə də belə zavodların tikilməsini arzulayardım. Mənim investorlardan xahişim bundan ibarətdir.

SUAL: İlham müəllim, cənab Prezidentin bir çox Fərmanları var ki, Nazirlər Kabineti tərəfindən uzun müddət icra olunmayıbdır. Bunların icrası məsələsi qarşıda dururmu?

CAVAB: Əlbəttə, o məsələlərə baxılacaqdır. Harada yubanma varsa, biz onu aradan qaldırırıq. O cümlədən bu yaxınlarda Türkiyə ilə imzaladığımız viza sazişi uzun illər idi qalmışdı. Halbuki, mən bu məsələ ilə maraqlananda gördüm ki, orada heç bir problem yoxdur. Sadəcə, hansısa bürokratik hala görə qalmışdı. Ona görə belə hallar ola bilər. Amma deyə bilmərəm ki, bunlar kütləvi xarakter alıbdır. Mən Nazirlər Kabinetinin fəaliyyətini yüksək qiymətləndirirəm. O, Azərbaycanın iqtisadiyyatının inkişafı üçün çox mühüm işlər görüb, indi də görür. Amma belə hallar da olur. Əlbəttə, hər bir hal fərdi qaydada müzakirə ediləcək və Nazirlər Kabineti çalışacaq ki, cənab Prezidentin bütün Fərmanları vaxtlı-vaxtında öz həllini tapsın.

SUAL: İlham müəllim, siz Baş nazir təyin olunandan sonra Dağlıq Qarabağ məsələsinə xüsusi önəm verilir. Rusiya tərəfdən yeni həmsədr bəyan edib ki, tərəflər kompromisə getməyə hazırdırlar. Ümumiyyətlə, hansı kompromislərdən söhbət gedir?

CAVAB: Heç bir kompromisdən söhbət getmir. Mən bilmirəm, o bəyanat nəyin əsasında verilibdir. Bu məsələ hələ müzakirə olunmayıbdır. Mənə də bildirilib ki, Azərbaycanda prezident seçkiləri keçiriləndən sonra Minsk qrupunun həmsədrləri regiona gələcək və hansısa təkliflər verəcəklər. Hələlik, bu barədə bir şey deyə bilmərəm, çünki heç bir təklif yoxdur. Ona görə də hansısa kompromislərdən söhbət gedə bilməz.

X X X

Sonra Baş nazir İlham Əliyev “Qafqaz” konserv zavodunun inzibati binası ilə də tanış oldu.

***

BAŞ NAZIR İLHAM ƏLIYEV QUBA RAYONUNDA TIKILƏN OLIMPIYA IDMAN KOMPLEKSINDƏ QÖRÜLƏN IŞLƏRLƏ TANIŞ OLMUŞDURHəmin gün Azərbaycanın Baş naziri İlham Əliyev Quba rayonuna gedərək, Milli Olimpiya Komitəsinin sifarişi, köməyi, diqqət və qayğısı ilə tikilmiş Olimpiya idman kompleksində aparılan son tamamlama işləri ilə maraqlandı.

Kompleksdə ən müasir standartlar səviyyəsində görülmüş tikinti-quraşdırma işlərindən razı qaldığını bildirən İlham Əliyev ayrı-ayrı salonları gəzdi, müvafiq məsləhətlərini, tövsiyə və tapşırıqlarını verdi. Baş nazirə məlumat verildi ki, gənclərin asudə vaxtının səmərəli keçməsinə, bölgədə, ümumən ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına xidmət edəcək bu kompleks tezliklə idmançıların ixtiyarında olacaqdır.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Cənab Baş nazir,

Bu yaxınlarda Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizə öz təbriklərimi çatdırmaq istərdim. Sizi əmin etmək istəyirəm ki, Avropa Komissiyası, keçmişdə olduğu kimi, bundan sonra da enerji və nəqliyyat sahələrində Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətləri intensivləşdirəcək islahatların həyata keçirilməsi naminə Sizə və hökumətinizə tam dəstəyini əsirgəməyəcəkdir. Brüsselə gələndə və xüsusilə 2003-cü il noyabrın 13-14-də Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən təşkil ediləcək sammitdə Sizinlə görüşməyə ümid edirəm. Cənab Baş nazir, xahiş edirəm, Sizə yüksək ehtiramım barədə zəmanətimi qəbul edəsiniz.

François Lamoureux,

Avropa Komissiyasının Energetika və Nəqliyyat Baş direktorluğunun baş direktoru.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı