KOBİA Vaşinqtonda ABŞ şirkətlərinə Azərbaycanın biznes imkanları barədə məlumat verib
Bakı, 7 iyul, AZƏRTAC
Vaşinqtonda “Azərbaycanla biznes qurmaq: ABŞ və Azərbaycan biznesləri üçün imkanlar və təşviq proqramları” mövzusunda dəyirmi masa təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilatçılığı, Azərbaycanın ABŞ-dakı səfirliyinin iştirakı ilə keçirilmiş tədbirdə ABŞ şirkətləri, maliyyə institutlarının, beyin mərkəzlərinin, ABŞ-ın Ticarət Departamentinin, Kiçik Biznes Administrasiyasının nümayəndələri iştirak ediblər. Tədbirdə təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın əlverişli biznes və investisiya mühiti, o cümlədən Qarabağın biznes potensialı, ölkəmizdə yerli və xarici iş adamları üçün yaradılmış imkanlar, bu sahədə qanunvericilik, dəstək tədbirləri və güzəştlər, biznesin qeydiyyatı prosesinin elektronlaşdırılması, rezidentlər üçün əlverişli imkanlar təklif edən sənaye parkları və məhəllələri, eləcə də KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]