Komanda-qərargah hərb oyunları çərçivəsində hücum əməliyyatında qarşılıqlı fəaliyyətin təşkili məşq etdirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində hücum əməliyyatında qoşunların qarşılıqlı fəaliyyətinin, idarə olunmasının və hərtərəfli təminatının təşkili məsələləri məşq etdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərb oyunlarına cəlb edilən vəzifəli şəxslərin təlimin əməliyyat şəraiti ilə bağlı məruzələri dinlənilib, qoşun qruplaşmalarının hücum üçün ilkin vəziyyəti tutmasına nəzarət olunub.