Azərbaycan Dövlət İnformasiya Agentliyi

Könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir

Könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir

Bakı, 11 mart, AZƏRTAC

Könüllülük hər hansı bir şəxsin öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyətidir. Könüllülük altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, həmin fəaliyyətlə məşğul olanların öz bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən milyonlarla könüllü var. Ölkəmizdə də könüllük fəaliyyəti geniş vüsət alıb.

Könüllülüyün insanlara aşıladığı dəyərlər, ölkəmizdə könüllülük hərəkatının mövcud vəziyyəti haqqında AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev cavablandırıb.

- Məlum olduğu kimi Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan edib. Bu ildən gözləntiləriniz nələrdir?

- Qeyd edim ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən dövrümüzün yeni çağırışlarına uyğun davam etdirilir. Son illər ölkəmizdə bütün sahə və istiqamətlərdə çox ciddi və əsaslı islahatlar aparılır. Həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dayanır. Digər sahələr kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində də mühüm işlər görülür. Həmin tədbirlər 2012-ci ildən, yəni “ASAN xidmət” konsepsiyasının ölkə rəhbərliyi tərəfindən irəli sürülməsi ilə başlayıb. Bu gün biz tam əminliklə deyə bilərik ki, çox qısa zaman kəsiyində görülən işlərin təsirini nəinki Azərbaycan vətəndaşları, eyni zamanda, ölkəmizə gələn əcnəbilər də hiss ediblər. “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətlərindən vətəndaş məmnuniyyəti 99-100 faiz arasında dəyişir. Xidmətin bu səviyyədə olmasına təsir edən vacib amillərdən biri “ASAN Könüllüləri”nin mərkəzlərdə vətəndaşlarımıza xidmət göstərməsidir. Əslində, “ASAN xidmət” öz fəaliyyəti ilə təkcə ictimai xidmətlər sahəsində deyil, eyni zamanda, dövlət orqanı kimi gənclərə yeni yanaşmanı sərgiləyib. Nəticədə gənclər aparılan islahatların bir parçasına çevrilib və bu, onlara müxtəlif imkanlar yaradıb. Bu gün həmin fəaliyyət “ASAN xidmət”i aşaraq bütün ölkəni əhatə edib, insanların həyat tərzinə çevrilib. Könüllülük gənclər üçün yeni inkişaf modelidir. Bu məqamda mən diqqəti Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Prezident İlham Əliyevə ünvanlanmış suala onun verdiyi cavaba çəkmək istərdim. Ölkə başçısı vurğulamışdı: “Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük”. Düşünürəm ki, ölkə başçısının bu sözləri və 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi könüllü olan şəxslərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bütün bunlar onu göstərir ki, könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir. “Könüllülər ili” gənclərin fərdi və karyera inkişafı üçün yeni imkanlar yaradacaq.

- Könüllülük insanlara hansı imkanları yaradır?

- Könüllülük bir dəyərdir. Könüllülük həm cəmiyyət, həm də həmin fəaliyyətlə məşğul olanlar üçün çox faydalıdır. Bu fəaliyyətin mənəvi və psixoloji aspektləri çox vacibdir. Düşünürəm ki, bu fəaliyyəti təşkil edən qurumlar və məsul şəxslər buna əhəmiyyət verməlidirlər. Könüllülük nəsildən-nəslə ötürülmədir. Bunun üçün bu dəyəri düzgün aşılamaq və çatdırmaq lazımdır. Nəzərə alsaq ki, könüllülük fəaliyyətinin yaş məhdudiyyəti yoxdur, onda müxtəlif yaş kateqoriyasından olan insanlara yanaşma da fərqli olmalıdır. Gənc və yaşlı könüllülərin gözləntiləri də müxtəlifdir. Əgər bir gənc üçün könüllülük inkişaf və uğurlu karyera qurmaq imkanıdırsa, yaşlı insan üçün bu, faydalı və fəal yaşlaşma kimi dəyərləndirilir. Bu prosesin təməli kimi uşaq yaşlarından könüllü düşüncəsini aşılamaq lazımdır. Belə olan təqdirdə həmin milli-mənəvi dəyər nəsillərdən-nəsillərə ötürüləcək.

- Bu sahədə qanunvericiliyi necə qiymətləndirirsiniz?

- İlk öncə, onu qeyd etmək istərdim ki, könüllü fəaliyyətini tənzimləyən “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu 2009-cu il iyunun 9-da qəbul olunub. Azərbaycan ilk dəfə keçmiş postsovet məkanında könüllülük fəaliyyətini tənzimləyən qanununu qəbul edib. O dövrdə könüllülük fəaliyyəti bugünkü qədər geniş vüsət almamışdı. Bu sahə son illər dinamik inkişaf etdiyindən hüquqi tənzimləmənin də təkmilləşdirilməsinə ehtiyac var. Könüllülük sahəsində ictimai münasibətlər kifayət qədər şaxələnib və mahiyyətcə yeni bir müstəvidə inkişaf edir. Düşünürəm ki, könüllülük fəaliyyətinin könüllü olmaq istəyən şəxsin həyat tərzi, həyat fəlsəfəsi olduğunu nəzərə alsaq, bəzi hallarda bu sahədə hüquqi tənzimləmənin mümkün olmadığı görünür. Lakin əsas prinsiplər və ilkin normalar hamı üçün açıq-aydın olmalıdır. Bu gün biz könüllülük fəaliyyətini müxtəlif hüquqi statuslu qurumlar tərəfindən həyata keçirildiyini görürük. Bu qurumlarda, istər həyata keçirdikləri fəaliyyət, istərsə də orada çalışan könüllülər haqqında kifayət qədər informasiya var. Bəzi hallarda informasiyanın çoxluğu onun operativ sürətdə emal olunmasında da çətinliklər yarada bilir. Bu səbəbdən vahid könüllü elektron informasiya sisteminin yaradılması zəruridir. Düşünürəm ki, bu informasiya sisteminin yaradılması və onunla əlaqədar tənzimləmələrin “Könüllü fəaliyyət haqqında” Qanuna daxil edilməsi məqsədəuyğun olardı. Bununla yanaşı, könüllü fəaliyyətinin əmək stajına salınmasına dair müvafiq tənzimləmələrin də olması könüllülərin maraq və gözləntilərini qarşılamış olardı. Mən deyərdim ki, bu təcrübə müddətinin mövcud əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeyd olunması və ya vahid könüllü elektron informasiya sisteminə inteqrasiya olunması həm işəgötürənlər, həm də işçi olmağa hazırlaşan gənclər üçün faydalı olardı. Mövcud qanun könüllü fəaliyyətini təşkil edən qurumla könüllü arasında olan münasibətləri tənzimləyir. Lakin biz unutmamalıyıq ki, bəzi hallarda fərdlər tərəfindən də müstəqil şəkildə könüllülük fəaliyyəti həyata keçirilir. Məsələn, bir şəxs könüllü qrupu yaradaraq hər hansı ictimai faydalı iş görür. Belə hallar qanunvericiliklə tənzimlənməlidir və ya yox kimi suallar yaranır. Bu və digər bu kimi sualların cavabı qanunvericilikdə əks olunmalıdır. Əsas odur ki, zəruri olan hallarda bütün bu tənzimləmələr könüllülük fəaliyyətinə marağın artırılmasına və genişlənməsinə xidmət etməlidir.

- Hazırda Azərbaycandakı mövcud könüllülük hərəkatının prioriteti nədir?

- Hazırda Azərbaycanda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Bu hərəkat özündə həm dövlət, həm də qeyri-hökumət təşkilatlarını birləşdirir. Bu, dövlət və vətəndaş cəmiyyəti təsisatlarının effektiv və səmərəli əməkdaşlığının bariz nümunələrindən biridir. Könüllülük hərəkatına nəzər yetirsək, onun ötən il ölkə rəhbərinin müvafiq göstərişi əsasında keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunun şahidi olarıq. Həmin tarixdən sonra bütün yerli, bir çox mərkəzi icra və məhkəmə hakimiyyəti orqanlarında gənclər üçün könüllü olmaq imkanları yaradılıb. Bu gün Azərbaycanda olan könüllülük bir qədər fərqli müstəvidə inkişaf edir. Bu fəaliyyət özündə həm könüllülüyü, həm də təcrübə qazanmağı birləşdirir. Bu sintezin uğurlu formatı daha çox dövlət qurumları tərəfindən həyata keçirilən könüllülükdə özünü göstərir. Könüllülüyə cəlb olunmuş gənclər Prezident İlham Əliyevin görmək istədiyi müasir Azərbaycan gəncliyi kimi formalaşır. Onlar bizim milli-mənəvi dəyərləri əsas götürərək inkişaf edir, məsuliyyətli vətəndaş kimi yetişirlər. Hazırda Azərbaycanda könüllülük hərəkatının əsas qayəsi gənclərin fərdi inkişafına dəstək vermək və onların potensialını aşkarlamaqdır. Fikrimcə, xüsusi məqamlardan biri də odur ki, könüllülük hərəkatı inklüzivliyə böyük önəm verir. Müxtəlif fiziki məhdudiyyəti olan vətəndaşlarımız üçün də könüllülük imkanları yaradılıb.

- Könüllülərlə işləyən heyətlərin hazırlıq səviyyəsi necədir?

- Könüllü fəaliyyətinin təşkilində ən önəmli məsələlərdən biri könüllülərlə işləmək bacarığı olan kadrların formalaşdırılmasıdır. Nəzərə alsaq ki, bu gün könüllülərin böyük əksəriyyəti gənclərdir və onlar cəmiyyətimizin həssas və dinamik bir hissəsini təşkil edirlər, onda könüllülərlə işləyən heyət hərtərəfli hazır olmalıdır. Bu istiqamətdə bir neçə ali təhsil ocağında magistratura səviyyəsində gənclərlə iş kimi ixtisaslar yaradılıb. Amma düşünürəm ki, bu, kifayət deyil. Könüllülərlə çalışan əməkdaşlara vaxtaşırı qısamüddətli kursların və təlimlərin keçirilməsi zəruridir. Ötən ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu cür kursların keçirilməsinə başlanılıb. Bu günə qədər kursu bitirən 60-a yaxın iştirakçı var. Kurs iştirakçılarından təəssüratları və şəxsi müşahidələrim onu deməyə əsas verir ki, kurs könüllü kurator və koordinatorlar üçün çox faydalıdır. Belə kurslar əməkdaşlarda ümumi könüllülük fəlsəfəsini və könüllülərlə işləmək bacarıqlarını formalaşdırır, onların suallarına cavab tapmasına kömək edir.

- Bildiyiniz kimi könüllülük hərəkatları və qrupları daha çox dövlət qurumlarında yaradılıb. Könüllülüyün inkişaf istiqamətlərini necə görürsünüz?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, Azərbaycanda dərin köklərə bağlı könüllülük və xeyirxahlıq ənənələri var. Dayanıqlı inkişaf üçün möhkəm təməlin olması zəruridir və o mövcuddur. Bu gün bizim üzərimizə düşən məsələ bu təməl və dəyərlər üzərində müasir tələblərə cavab verən bir könüllülük hərəkatını formalaşdırmaq və inkişaf etdirməkdir. Könüllülük bir dəyər olduğu üçün o, uşaq yaşlarından etibarən aşılanmalıdır. Bu səbəbdən könüllülüyün təbliği və bu prosesə vətəndaşlarımızın cəlb olunmasına elə məktəb illərindən başlamaq daha məqsədəuyğundur. Könüllülük fəlsəfəsinin məktəblərdə şagirdlərə aşılanması həmin prosesin davamlılığının təminatçısıdır. Bunun üçün proses şagirdlərin psixologiyasına uyğun şəkildə müasir metodlarla aparılmalıdır. Bu gün şagirdlərlə qurulan iş bəhrəsini növbəti illərdə verəcək və bu, mövcud könüllülük təməlini daha da möhkəmləndirəcək. Şagirdlərlə işlə yanaşı, biz könüllülük düşüncəsinin əhali arasında da geniş təbliğ olunmasına xüsusi diqqət ayırmalıyıq. Nəzərə alsaq ki, xeyirxahlıq və könüllülük bizim dəyərlərimizdən biridir və ölkə başçısı cəmiyyətimizin ənənəvi milli-mənəvi dəyərlər üzərində inkişaf etdirilməsini vurğulayıb, onda bunun nə qədər vacib olduğunu anlamaq heç də çətin deyil. Digər bir istiqamət isə yaşlılar və müəyyən fiziki məhdudiyyəti olan vətəndaşlarımız arasında könüllülüyün təbliğ olunmasıdır. Bunun üçün bütün könüllülük fəaliyyətini həyata keçirən qurumlar və hərəkatlar həmin qəbildən olan şəxslərə yönəlmiş layihələr və proqramlar ərsəyə gətirilməlidirlər. Eyni zamanda, həmin könüllülər üçün daxili infrastruktur da müasir tələblər səviyyəsinə çatdırılmalıdır. Yekunda onu demək istərdim ki, bugünkü könüllülük daha çox gəncləri əhatə edir və ölkə başçısının həyata keçirdiyi gənclər siyasətinin ayrılmaz bir parçasıdır. Amma düşünürəm ki, həmin fəaliyyətə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən verilən yüksək qiymət və dəstək nəticəsində könüllülük hər bir vətəndaşımızın həyat tərzinə çevriləcək və biz onun bəhrəsini hələ uzun illər ərzində görəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına