Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOREYA RESPUBLİKASININ PREZİDENTİ RO MU HYUNUN BƏYANATI

KOREYA RESPUBLİKASININ PREZİDENTİ RO MU HYUNUN BƏYANATI

-İlk növbədə mən, bizə və nümayəndə heyətimə göstərilmiş yüksək qonaqpərvərliyə görə cənab Prezidentə, sizin xalqınıza və hökumətin üzvlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz buraya səfər etməzdən əvvəl Azərbaycan haqqında məlumatımız çox az idi. Lakin cənab Prezidentlə apardığımız danışıqlardan sonra biz gördük ki, burada ikitərəfli münasibətlər üçün imkanlar gözlədiyimizdən daha çoxdur. İndi isə Azərbaycan haqqında təəssüratlarımı Sizinlə bölüşmək istəyirəm.

Ümumiyyətlə, demək istəyirəm ki, Azərbaycanı xoşbəxt ölkə hesab edirəm. Çünki Azərbaycanın bu gün inkişaf üçün çox böyük imkanları vardır. Azərbaycan öz neft və qaz yataqlarından səmərəli istifadə etmək baxımından çox önəmli, mühüm bir coğrafi məkanda yerləşir. Lakin ölkənin bütün sahələrində uğurun qazanılması üçün təkcə bu amillər kifayət deyildir. Eyni zamanda, xalqın birliyi və onun müdrik rəhbərlik tərəfindən idarə olunması vacib hesab edilir.

Biz bilirik ki, Azərbaycanın özü böyük əziyyətlər çəkmiş və çətinliklərdən keçmişdir. Lakin, eyni zamanda, biz qeyd etmək istəyirik ki, Azərbaycan qonşu ölkənin ucbatından müəyyən əziyyətlər çəkmişdir. Ancaq Azərbaycan 1990-cı illərdə qazandığı müstəqilliyi itirməmişdir və bu müstəqilliyin qorunub saxlanmasında məhz Azərbaycanın böyük liderinin rolu var idi. Azərbaycan xalqı həmin böyük liderə inamla, onun addımlarını dəstəkləyərək, özünün möhkəm cəmiyyətini və inkişaf edən iqtisadiyyatını qurmağa nail olmuşdur.

İndi isə biz özümüz üçün Azərbaycan tarixinin növbəti səhifəsini açırıq. Mən Azərbaycana dəvət edildikdən, rəsmi səfərə başladıqdan sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu ölkə üçün gördüyü işləri öz gözümlə bir daha görmək imkanına nail oldum. Onun gördüyü işlərə, onun sayəsində əldə olunmuş nailiyyətlərə rəğbətlə yanaşıram.

Prezident İlham Əliyevlə apardığım danışıqlara gəldikdə isə, mən Azərbaycanın parlaq gələcəyi ilə bağlı onun fikirlərinə daha da əmin oldum. Azərbaycanın tarixi nailiyyətlərini nəzərə alaraq, bir daha şahidi oldum ki, ölkənizlə əməkdaşlıq sahəsində çox böyük imkanlara malik ola bilərik. Əminəm ki, biz bundan sonra bu imkanlardan istifadə edəcəyik.

Azərbaycandan söhbət gedəndə, hamı ilk növbədə, neft sektoru haqqında düşünür. Lakin Prezident Əliyevlə danışıqlarımız zamanı o, Azərbaycan iqtisadiyyatının digər sahələrində də iri layihələrin başlanmasına xüsusi marağını vurğuladı. Prezident Əliyev xüsusilə infrastruktur, tikinti, yolların çəkilməsi, hava, dəniz limanlarının tikilməsi və digər vacib layihələr haqqında söhbət açdı. Bunları nəzərə alaraq, hesab edirəm ki, Koreya Respublikasının iş adamları, işgüzar dairələri bu imkanlardan tam istifadə etməlidirlər. Düşünürəm ki, onlar qeyri-neft sektorundakı məhz həmin sahələrə xüsusi diqqət yetirməlidirlər. Sadaladığım bütün sahələrdə əməkdaşlıq baş tutarsa, bizim işgüzar dairələr Azərbaycan tərəfini heç vaxt məyus etməyəcəklər. Mən sizi inandıra bilərəm ki, bütün bu sahələrdə konkret işlərin görülməsi üçün bizim kifayət qədər imkanlarımız var.

Ölkəmizin bu yaxınlardakı tarixinə əgər nəzər salsaq, görərik ki, inkişaf, ümumiyyətlə yox idi. İllər keçdikcə, Koreya bu inkişaf sürətinə, nailiyyətinə nail ola bildi və dünyanın digər aparıcı ölkələri ilə bir cərgəyə qoşuldu. Eyni zamanda, bizim təcrübəmizin xüsusiyyətini də qeyd etmək istəyirəm. Digər ölkələr, bəlkə də, özlərinin təbii sərvətlərinə, ehtiyatlarına arxalanaraq inkişafa tez nail ola bildilər. Amma bizim bu cür imkanlarımız yox idi, demək olar, heç nədən, bu cür böyük inkişafa nail ola bildik. Hesab edirəm ki, bizim təcrübəmiz məhz bu baxımdan vacibdir. Hər hansı bir özəl müəssisənin inkişaf etdirilməsi bizim üçün ən vacib məsələdir. Bu sahədə ən təcrübəli insanlar məhz həmin məsələyə xüsusi diqqət yetirməlidirlər.

Azərbaycanın iqlimi Koreyadakı iqlimə oxşardır. Burada baxıram, seyr edirəm, ağaclar Koreyadakı ağaclara oxşardır. Hətta dəniz də anadan olduğum doğma şəhərin yanındakı dənizə oxşardır. Ona görə əminəm ki, Koreya xalqının nümayəndələri, hər hansı bir koreyalı Azərbaycana gəlsə, bundan çox xoşbəxt olacaqdır. Baxmayaraq, ölkələrimiz arasında bu günə qədər aparılmış əmtəə mübadiləsinin səviyyəsi o qədər böyük olmamışdır, amma hesab edirəm ki, real potensial və imkanlar qat-qat yüksəkdir, bundan istifadə edilməlidir.

Digər ölkələrlə müqayisədə, xalqımız indiki inkişaf səviyyəsinə daha tez çatmışdır. Azərbaycana səfər edən koreyalıların sayı bu günə qədər çox olmamışdır. Lakin hesab edirəm, bundan sonra qarşılıqlı səfərlərin sayı artacaqdır. Əgər belə səfərlər baş tutarsa, iki ölkənin xalqları bir-birinə daha da yaxınlaşacaqdır. Əminəm ki, Azərbaycanda olan koreyalıların sayı çoxalacaqdır.

Məni müşayiət edən çoxsaylı nazirlər və eyni zamanda, işgüzar dairələrin nümayəndələri Azərbaycana bu səfərimə xüsusi maraqla yanaşırlar. Onlar məni əmin etdilər ki, bundan sonra Azərbaycan həmkarları ilə işbirliyi qurmaq üçün real imkanlardan istifadə edəcəklər. Ona görə, hesab edirəm ki, ikitərəfli əməkdaşlığımız gələcəkdə konkret forma alacaqdır.

Azərbaycan hökuməti Seulda səfirliyinin təsis olunması ilə bağlı qərar qəbul etmişdir. Bu yaxınlarda səfirlik fəaliyyətə başlayacaqdır. Biz öz tərəfimizdən sizi əmin etmək istəyirik ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyi də artıq cari ildə fəaliyyətə başlayacaqdır.

Prezident Əliyevlə görüşüm zamanı onu ölkəmizə rəsmi səfərə dəvət etdim. Onun bu səfəri ikitərəfli münasibətlərimizin daha da inkişafına və iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə xidmət edəcəkdir.

Cənab Prezident, Siz bugünkü görüşdə mənim dəvətimə cavab vermədiniz. İndi isə xahiş edirəm, cavab verəsiniz.

İLHAM ƏLİYEV: Mən böyük məmnuniyyətlə Sizin ölkəyə səfər edəcəyəm və biz bu gözəl dialoqu Koreyada davam etdirəcəyik. Dəvətə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim