KTMT-nin baş katibi: Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var
Moskva, 22 aprel, AZƏRTAC
Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.
Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edən KTMT-nin baş katibi deyib: “Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi məsələsinə gəldikdə, hazırda bu ərazi orada təhlükəsizliyi təmin edəcək qüvvələrə malik olan Azərbaycan Respublikasına məxsusdur və aydındır ki, bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik böyük dərəcədə Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivlərindən asılıdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]