Kuba əhalisi dünyada ən çox peyvənd olunan ölkələrdən biridir
Madrid, 15 noyabr, AZƏRTAC
Oksford Universitetinin “Dünya statistik məlumatlarda” (Our World in Data) adlı onlayn elmi nəşrinin son hesablamalarına görə, kubalıların 88,74 faizi COVID-19 əleyhinə ən azı bir doza peyvənd olunub, əhalinin 68,74 faizi isə tam peyvənd sxemini keçib.
AZƏRTAC xəbər verir ki, uğurlu immunizasiya kampaniyası iqtisadi böhranın davam etməsi fonunda həyata keçirilib.
Soberana 01, Soberana Plus və Abdala - tətbiq edilən beş peyvənddən üçüdür.
Hələ də ÜST-nin təsdiqini gözləyən Kuba peyvəndləri praktikada və çoxsaylı tədqiqatlarda yüksək etibarlılıq və effektivlik nümayiş etdiriblər.
Gələn ilin ikinci yarısında tam başa çatdırılması planlaşdırılan Soberana Plus, kritik vəziyyətdə olan xəstələrdə 92 faiz effektivlik göstərib və artıq Soberana 01 və ya Abdala ilə peyvənd olunan şəxslərdə buster dozası kimi tətbiq olunur.
Kuba Vaksinlər İnstitutu və Kubanın Genetik Mühəndislik və Biotexnologiya Mərkəzi tərəfindən hazırlanmış Soberana Plus, Soberana 01 və Abdala vaksinləri artıq dünyanın müxtəlif bölgələrində tətbiq olunur.
Hazırda Kubada koronavirusdan ölüm halları 0,87 faiz, dünyada 2,02 faiz, Amerika regionunda isə 2,44 faiz təşkil edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]