Kuba Respublikasının Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olmuşdur
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Kuba Respublikasının Azərbaycandakı səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.
Məktəbin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BANM-nin rektoru Elmar Qasımov Kuba ilə Azərbaycanın arasındakı dost münasibətlərinin yüksək səviyyədə davam etdiyini nəzərə çatdırmış, rəhbərlik etdiyi məktəbin fəaliyyəti haqqında qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, məktəbin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan üçün yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir.
Rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-nin önəm verdiyi əsas məsələlərdən biri də dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.
Kuba Respublikasının Azərbaycandakı səfiri Ömər Senon Medina Kintero qeyd etmişdir ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Vaxtilə Bakıda yüzlərlə Kubalı tələbələr təhsil almışlar və onların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər.
Azərbaycan və Kuba arasında bir sıra təhsil layihələrinin həyata keçirilməsi üçlün hazırlıq işlərinin aparıldığını deyən səfir Senon Medina Kintero iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Görüş səməmi söhbətlə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]